25 C
Baku
Saturday, July 27, 2024

2021-ci il yarılandı: Hökumətin iqtisadi artım proqnozu özünü doğruldurmu?

Azərbaycan iqtisadiyyatı 2021-ci ilin ilk yarısını artımla bitirir.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Beləliklə, ümumi daxili məhsul (ÜDM) həcmi  39 milyard 915 milyon manat olmuşdur.

Bu isə illik müqayisədə 2.1% artım deməkdir. Qeyd edək ki, may ayında ölkədə 0.8% artım qeydə alınmışdı.

ÜDM-nin qeyri-neft sektoru üzrə həcmi 25 milyard 637 milyon manat olub, bu da illik müqayisədə 5.1% artım deməkdir.

Azərbaycan hökuməti neftin qiymətlərinin dəyişməsinə uyğun olaraq ölkə iqtisadiyyatının artım proqnozlarını formalaşdırıblar. Ölçü kimi götürülən Brent neftin qiyməti 35 USD/bll olarsa iqtisadiyyatın 2021-ci ildə 3%, 40 USD/bll olarsa 3.4% və 45 USD/bll olarsa 3.8% artım olacağını proqnoz edirlər.

Artıq yanvar ayından etibarən xarici birjalarda Brent neftinin qiyməti 50, fevraldan sonra 60 və İyundan etibarən isə 70 dolları ötmüşdür.

Son xəbərlər
Digər xəbərlər