2 C
Baku
Saturday, December 14, 2024

İran enerjiyə qənaət məqsədi ilə dövlət işlərinin başlama vaxtını səhər saat 6-ya təyin edib

İran enerji istehlakını azaltmağa çalışdığı üçün yayda hökumət işçilərinin iş saatlarını dəyişib. Lakin media bəzi işçilərin erkən işə başlamasından narazı olduqlarını bildirib.

Növbəti üç ay üçün səhər saat 6-dan 13:00-a qədər olan yeni iş saatı bu həftədən qüvvəyə minib. Bu, enerji istehlakının pik həddə çatdığı yayın istisində ölkənin üzləşdiyi problemləri həll etmək üçün nəzərdə tutulub.

Bununla yanaşı bir çox insanın yeni iş vaxtına uyğunlaşmaqda çətinlik çəkdiyi deyilib.

Yay saatları parlamentin 2023-cü ilin martında İranın təqvim ilinin əvvəlində hökumətə yay vaxtına riayət etməməyi tələb edən yeni qanunu təsdiqlədikdən sonra tətbiq edilir.

Saat 6-da ofisdə olmaq o deməkdir ki, bəzi işçilər, xüsusən də uzaq məsafələrə gedənlər səhər saat 5-də, hətta 4-də oyanmalıdır.

Hökumət işçisi Morteza France Presse xəbər agentliyinə “Bu, azyaşlı uşaqları ibtidai məktəbə və ya uşaq bağçasına aparmalı olan valideynlər üçün bir çox problem yaradır” deyib.

“Yeni iş saatlarının başlamasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, bizim kimi ailələr bunun öhdəsindən gəlməyə çalışır” – deyə, 44 yaşlı üç uşaq atası əlavə edib.

Yeni iş rejimi dövlət işçilərinə şamil edilsə də, özəl sektorda çalışanlar işə səhər saat 9-da başlayır. Bu isə o deməkdir ki, bank işi kimi işlərə daha az vaxt qalır.

“Banklar saat 13:00-da bağlanacaq ki, bu mənim işdə ən məşğul vaxtımdır. Ona görə də əməliyyatlarımı sabah və ya ertəsi günə təxirə salınmalı olacağam” – deyə, Tehran Ticarət Palatasının baş katibi Bəhmən Eşqi gündəlik “Sazandegi” qəzetinə bildirib.

“Bioloji saat qondarma tədbirlərlə pozulmamalıdır, çünki bu, işdə səmərəliliyi azalda bilər” – deyə, o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər