6 C
Baku
Sunday, December 15, 2024

“İran HƏMAS-ın hərbi büdcəsinin 90%-ni təmin edir” – Netanyahu

“HƏMAS-ın hərbi büdcəsinin 90%-i İran tərəfindən təmin edilir”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“İran HƏMAS-ı dəstəkləyir. Düşünürəm ki, HƏMAS-ın hərbi büdcəsinin 90%-i İrandan gəlir. O, maliyyələşdirir, təşkil edir, rəhbərlik edir”.

Eyni zamanda Netanyahu qeyd edib ki, İranın oktyabrın 7-də HƏMAS tərəfdarlarının İsrail ərazisinə hücumunun planlaşdırılmasında bilavasitə əli ola biləcəyi barədə heç bir məlumatı yoxdur.

Son xəbərlər
Digər xəbərlər