5 C
Baku
Saturday, December 14, 2024

İran rəsmisi: “Uranı 60 faizədək zənginləşdirə bilərik”

“İranın uranı 40-60 faizədək zənginləşdirməyə imkanı var”.

Bunu İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvənd bildirib.

Onun sözlərinə görə, İran son 6 ildə ilk dəfə uranı 20 faizədək zənginləşdirib: “Hazırda bizim 3,5-4 faiz zənginləşdirilmiş 4 ton maddəmiz var. Proqnozumuza əsasən, biz ayda 500 ton uran zənginləşdirə bilərik”.

O əlavə edib ki, nüvə razılaşmasındakı həddi əldə etmək üçün İrana bir il lazımdır.

İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi isə deyib ki, İran hər il 9 kq 20 faiz zənginləşdirilmiş uran istehsal edəcək.

Xatırladaq ki, dekabrın 4-də İran 20 faiz zənginləşdirilmiş uran istehsal edib.

ABŞ bildirib ki, Tehran hakimiyyəti beynəlxalq ictimaiyyəti şantaj edir. Rəsmi Vaşinqton yanvarın 5-də İrana qarşı sanksiyaları genişləndirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər