12 C
Baku
Thursday, March 28, 2024

İran və Rusiya ortaq kriptovalyuta yaradacaqlar

İran Mərkəzi Bakı Rusiya ilə birlikdə Fars regionunun tokeninin yaradılması imkanını nəzərdən keçirir. Onun xarici ticarət hesablaşmalarında dollar, rubl və İran rialı əvəzinə ödəniş vasitəsi kimi qəbul ediləcəyi planlaşdırılır. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Vurğulanır ki, yeni steyblkoinin yaradılması məqsədəuyğundur, çünki bu, İran və Rusiya arasında xarici ticarət hesablaşmalarını daha asan edəcək. Tokenin qızıla bağlı olduğu da vurğulanıb.

2022-ci ilin avqustunda İran idxal etdiyi malın dəyərini ilk dəfə kriptovalyuta ilə ödəyib. Söhbət 10 milyon dollarlıq tədarükdən gedir. İran Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak ölkənin kriptovalyutadan xarici ticarətdə geniş istifadə etmək planlarından danışıb.

Qeyd edək ki, dünyada kriptovalyuta mayninqinin 4.5%-i İran üzərinə düşür və bu, ölkədə ildə təxminən 1 milyard dollar qazandırır, eyni zamanda sanksiyalardan qacınmağa kömək edir.

Son xəbərlər
Digər xəbərlər