6 C
Baku
Sunday, December 15, 2024

İrana ən çox investisiya qoyan ölkələr açıqlanıb

2022-ci ildə Rusiya İran iqtisadiyyatına sərmayə qoyuluşu baxımından lider ölkələrdən biri olub, bu barədə İranın İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatının rəhbəri Əli Fekri bildirib.

Məlumata görə, son 15 ayda Rusiyanın İrana sərmayəsi 2.7 milyard dollar təşkil edib. Bu, dövlət iqtisadiyyatına qoyulan investisiyaların ümumi məbləğinin demək olar ki, 45%-ni təşkil edir. Qeyd olunur ki, Rusiyanın sərmayə etdiyi əsas sahə neft sektorudur.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Rusiyadan başqa İran iqtisadiyyatına investisiyaların həcminə görə ilk beşliyə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Əfqanıstan və Çin daxil olub.

Nazir müavininin sözlərinə görə, 15 ay ərzində İran iqtisadiyyatına 5.95 dollar birbaşa xarici investisiya daxil olub. Onun sözlərinə görə, ölkənin hədəfi 10.2 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər