13 C
Baku
Friday, April 19, 2024

İşə düzəlməyə kömək edən qeyri adi kəlmələr, ağlasığmaz ifadələr

Adətən iş müsahibəsində işaxtaranlar dediyi ifadələri olduqca diqqətlə seçir, hər kəlməyə fikir verirlər ki, özlərini ən yaxşı tərəfdən göstərsinlər. Amma bəzən təsadüfi ağızdan çıxan bir kəlmə daha güclü effektə malik olur.

İstənilən bir namizədə müsahibə zamanı həyəcan bürüyə bilər və həyəcandan bəzən olduqca maraqlı hadisələr baş verir. Hərdən elə olur ki, təsadüfi səmimi bir ifadə sizə istədiyiniz işi qazanmağa kömək edir, halbuki siz artıq hər şeyin itirildiyi ilə barışmışdınız. Məhz hansı ifadələr müsahibədən keçməyə kömək edir, bu sualın cavabını sizə Quora diskussiya servisinin iştirakçıları cavab verməyə çalışıblar. Quora servisi silikon vadinin sakinləri arasında olduqca məşhurdur. Bu cavablardan bəzi seçmələri sizə təqdim edirik

Cibdə inək

korova
Riçard Veddinqton

Mən bir kompaniyada 10 ilə yaxını işləmişdim, sonra həmin işdən çıxmaq qərarına gəldim. Ona görə də bu mənim uzun müddət fasilədən sonra ilk iş görüşməm idi. Müsahibədən öncə çox həyəcan keçirirdim, qalstukumu və kostyumumu diqqətlə seçmişdim. Son anda dörd yaşlı qızış mənə yaxınlaşdı və onun “uğur inəyini” (plastik oyuncağı) mənim cibimə qoydu. Mən oyuncağı götürdüm, qızımı getməzdən öncə son kəs öpdüm və gecikməkdən qorxaraq, tələsik qaçdım

Müxtəlif mütəxəssislərlə bir neçə saat çəkən müsahibələrdən sonra mən kadrlarla iş üzrə direktorun qarşısında əyləşmişdim, ciddi işgüzar geyimdə olan, orta yaşlı bir xanım qarşımda idi: “Bizim komanda sizin haqqınızda yaxşı fikirdədir – o dedi. Amma məni bir məsələ narahat edir.

Sizin elə bir nümunəmi görünüşünüz var, bizim kompaniyada isə bəzən çox dəliliklər baş verir. Siz bunun öhdəsindən gələ biləcəksinizmi?”
Mən isə o dəqiqə söylədim: «Mənim cibimdə isə inək var!». Sükut çökdü, mən cibimdən oyuncağı çıxardım və masanın üzərinə qoydum. Hamını gülmək tutdu. Beləliklə mən bu işi qazandım.

Çətin sual

Sten Henks, proqramçı

Mənin kompaniyanın texniki mütəxəssisi ilə görüşüm var idi, müsahibənin sonunda o, məndən soruşdu ki, ona vermək istədiyim hər hansı sualları varmı? Mən dedim: «Bəs, bu yerdə işləməyin pis tərəfləri nədir?»

O, bir az düşündü, sonra isə qapını yaxşıca örtdü və növbəti 30 dəqiqə ərzində mənə kompaniyada baş verən ən xoşagəlməz şeylər haqqında danışdı. Sonra isə mənə dedi ki, sizinlə əlaqə saxlayacaqlar. Növbəti gün mənə kadrlar şöbəsindən zəng edib, soruşdular ki, nə baş verib. Belə güman edirəm ki, müsahibədən dərhal sonra həmin şəxs işdən çıxmışdı. Mən hadisənin necə baş verdiyini danışdım. Daha sonra texniki direktor məni görüşə dəvət etdi. O məndən soruşdu ki, bəs siz kompaniyanın mövcud problemlərini həll etməyə cəhd etmək istəmirsiniz, həm də eyni zamanda bir neçə maraqlı texniki problemi həll edə bilərsiniz? Mən razılaşdım.

Sidqi ürəkdən etiraf

heatrd

Den Holiday, 10 illik iş təcrübəsinə malik personal üzrə iş meneceri

Mən acı həqiqəti, bütün tükürpərdici detallarla danışdım, məni Kohl’s-dakı işimdən necə çıxardıqlarını söylədim, sanki ətrafımda işləyənlərin hamısı hər gün eyni tapşırıqları yerinə yetirən zombilər idi, onlar hər gün təkrar-təkrar gördükləri işə görə əməkhaqqı alırdılar. «İndi mənim rəhbər vəzifə tutmaq kimi ambisiyam yoxdur, mən sadəcə çoxlu-çoxlu pul qazanmaq istəyirəm ki, həyatdan zövq ala bilim» -mən dedim.

Həmin anda mən hətta iş tapmaq istədiyimə əmin deyildin, ona görə də hər şeyi olduğu kimi söylədim. Amma buna rəğmən məni bu işə götürdülər və mən indiyə qədər buna qəti peşman deyiləm.

Acı həqiqət

Skot Danlap, iş adamı

Mən bu il Boston Marafonunda idim. Bəli fəlakət baş verəndə orda idi və bütün bu kabusu canlı yaşamalı oldum. Növbəti gündə isə mənim Nyu-Yorkda bir iş görüşməm var idi, mən media kompaniyasında rəhbər bir vəzifəyə iddialı idim. əvvəlcə mənimlə üç insan söhbət etdi, daha sonra biri getdi, sonra isə ikinci də. Mən başa düşdüm ki, vaxtımı burada əbəs yerə itirirəm, bununla yanaşı partlayışdan sonra da əsəblərim çox gərilmişdi.

Elə həmin anda kompaniyanın rəhbəri məndən soruşdu: «Sizin fikrinizdə, növbəti 5-15 il ərzində mobil proqram təminatları medianın inkişafına hansı təsiri göstərəcək?» Mən düşündüm ki, bu nə axmaq sualdır.

Onda ona belə cavab verdim: «Sizin sənayeniz yaxın beş il ərzində öz mövcudluğunu dəyəndirəcək, bunun səbəbi isə heç də mobil proqram təminatları deyil. Məsələ ondadır ki, sizin kimi səfehlər ciddi bir tədbir görməyə qorxur, siz sadəcə işə təzə rəhbərlər götürürsünüz ki, sonradan günahları üstünə yıxa biləcəyiniz bir insan olsun. Həmin müddət ərzində isə özünüz bonuslar əldə edəsiniz. Mən də elə sizin kimi, heç bir inkişaf strategiyası olmayan səfeh olmuşam və bu çox dəhşət idi. Siz bütün göstəriciləri öyrənməli və problemi həll etməlisiniz, ya bunu edəcəksiniz, ya da zəhmət çəkib, cəhənnəm olun».

Uzun bir sükut çökdü. Nəhayət o dedi: Düşünürəm, bu günlük kifayətdir”. Bir neçə saat sonra, o mənə iş təklifi barədə məktub göndərdi. Kompensasiya olduqca səxavətli idi. Travma sonrakı sindrom öz sözünü söylədi!

Güclü qadın

jensinaa
Barbara Berni, kurator

1990-ci ildə mən boşanmış və iki uşağı olan qadın idim, müstəqil dizayner işçisi olaraq çalışır və sifarişləri yerinə yetirirdim. Mənə daimi iş və sığorta lazım idi. Mən yerli tibb məktəbində tərtibatçı işi üzrə vakansiya tapdım. Bir müsahibədən keçdikdən sonra, məni departament rəhbəri ilə görüşə dəvət etdilər. O mənə buklet verərək, 15 dəqiqə ərzində onu oxuyub və yenidən yığmağı tapşırdı. Mən orada onların özlərinin diqqət yetirmədiyi səhvləri tapandan sonra, maketi hazırladım və hələ bir az da vaxtım qaldı.

Rəhbərim təəccübləndi, amma mənə elə gəlirdi ki, o bu işə məni götürməyə o qədər də həvəsli deyil. Nəhayət o dillindi: « Hal-hazırda siz bu vakansiya üçün ən uğurlu namizədsiniz, amma sizin çox güclü xarakteriniz var».

Mən onun gözlərinə baxdım və ağzımı açdım: «Əgər mən kişi olsaydım, siz heç vaxt belə bir şey deməzdiniz. Düşünürəm ki, biz artıq qurtardıq». Mən öz əşyalarmı yığaraq, qovluğumu götürüb, “bir daha bura qayıtmacağım” hissinə əminliklə inanaraq, otaqdan çıxdım. Amma onlar bir neçə gün sonra mənə zəng edib vəzifə təklif etdilər və mən 20 ildir ki, artıq burada çalışıram

Çətin münasibətlər

Tukas Lenser, proqramçı

İşəgötürən: «Siz stressli situasiyaların öhdəsindən necə gəlirsiniz?»

Namizəd: «Çox yaxşı, mən artıq dörd ildir ki, bir xanımla münasibətdəyəm»

Dəqiq öncəgörmə

predrsaj
Ceyms Kelli, yazıçı animator, rejissor

Bir texnoloji star-upda müsahibədə mənə sual verirlər ki, yaxın beş il ərzində özümü harada təsəvvür edirəm, mən isə zarafata «Hollivudda rejissor qismində» deyərək cavab verdim.

Mən bu işə götürüldüm, üç il sonra isə srartup uğursuzluğa düçar oldu, mən isə Hollivuda film çəkməyə gəldim.

Narkotiklərdən imtina

Maykl Roberst, biokimyaçı

Bir dəfə mən bir kompaniyaya tibbi tədqiqatlarla bağlı olan bir vəzifədən ötrü iş müsahibəsinə gəldim. Mənə bir fincan qəhvə təklif edəndə görünür ki, həyəcandan sözləri səhv salaraq, “narkotikdən istifadə etmirəm” dedim.

Görünür ki, işə götürən adamı mənim narkotik əleyhinə qəti mövqe tutmağım heytərləndirdi və baxmayaraq ki, mən intervüdə özümü təqdim etməyi heç bacarmıram, o, məni işə götürdü. Daha sonra bu fənd heç zaman işə yaramadı.

Son xəbərlər
Digər xəbərlər