Bazar iştirakçılarının hazırkı kapitallaşma səviyyəsi onların qarşıdakı dövr üçün fəaliyyətində ciddi problemlərlə üzləşməyəcəyini deməyə əsas verir.
Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Fariz Əzizov 2017-ci ilin ilk 6 ayı üzrə hesabatın təqdimatında bildirib.
“İcbari sığorta sektorunda fəaliyyət göstərən sığortaçıların maliyyə dayanıqlığı həm tənzimləyicinin, həm də Büronun yaxından təqib etdiyi məsələlərdəndir. Müşahidələrə əsasən, bazar iştirakçılarının hazırkı kapitallaşma səviyyəsi onların qarşıdakı dövr üçün fəaliyyətlərində ciddi problemlərlə üzləşməyəcəyini deməyə əsas verir. Bununla belə, Büro daha az dayanıqlığa malik sığortaçıların bazarı tərk etməsi halında onların icbari sığorta növləri üzrə öhdəliklərinin qarantı kimi çıxış etməyə bundan sonra da hazırdır”, – deyə F.Əzizov qeyd edib.
Bu gün ölkədə İcbar i Sığorta Bürosunda qeydiyyatı aparılan 6 icbari sığorta növü üzrə xidmət göstərən 16 sığorta şirkəti və 1 000-dən çox sığorta vasitəçisi fəaliyyətdədir.