İşçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər

0


Vegilər Nazirliyi Vergi Məcəlləsinin 218.5.8-ci maddəsindəki işçi sayı məsələsinə də aydınlıq gətirib. Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Maraqlıdır ki, həmin işçi sayına istehsalla birbaşa əlaqəsi olmayan şəxslər (mühasib, gözətçi və s.) də daxil edilməlidir? Vergilər Nazirliyinin bu məsələ ilə mövqeyi odur ki, həmin işçi sayına tutduğu vəzifəsindən asılı olmayaraq, bütün işçilər (mühasib, gözətçi və s.) daxil edilməlidir.


Misal: Sabirabad MMC istehsal fəaliyyəti ilə məşğuldu. İşçi sayı 10 nəfərdən çoxdur. Amma istehsal prosesinə aidiyyatı olmayan şəxslər yəni idarəetmə funksiyiyasını həyata keçirən şəxslərin sayı 1 direktor, 1 direktor müavini, 1 baş mühasib, və sair şəxslərin sayı 5-dir. Amma ümumi işçi sayı 20-dir. Onlardan istehsal prosesi ilə məşğul olan şəxslərin sayı 12-dir. Köməkçi kateqoriya aid işçilərin sayı 3-dir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Vergilər Nazirliyinin  açıqlamasına görə və 218.5.8 maddəyə əsasən 20 işçinin hamısı istehsalat fəaliyyəti ilə məşğuldur. Yəni mühasibdə və digər şəxslər də, nəsə istehsal edir. Bu məsələ gülünc görünsə də, VN hesab edir ki, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Bundan sonra VN fikrini dəyişsə, təəcüblənmək lazım deyil. Əsas odur, bunu rəsmi şəkildə bildirsin.


İqtisadçı-ekspert Rauf Qarayev