6 C
Baku
Sunday, December 15, 2024

İşdən çıxan Ferrarı rəhbəri vəfat etdi

“Fiat Chrysler Automobiles”in (“Ferrari”, “Jeep” и “Alfa Romeo” brendlərinə malikdir) sabiq başçısı Sercio Markyonne Sürix xəstəxanasında dünyasını dəyişib.

Banker.az“BBC News”a istinadla xəbər verir ki, hadisə onun baş direktor vəzifəsindən gedişindən 5 gün sonra baş verib.

İyunun sonlarında çiynindən sadə cərrahiyə əməliyatı keçirilməsi üçün xəstəxanaya yerləşdirilən 66 yaşlı Markyonne gözlənilmədən komaya düşüb. Həkimlər daha sonra onun ciyərlərində şiş aşkarlayıblar.

Markyonne 2004-cü ildən rəhbərlik etdiyi “Fiat Chrysler Automobiles” (FCA) şirkətinin baş direktor postunu iyulun 21-də tərk edərək təqaüdə çıxıb. Onun rəhbərliyi dövründə şirkətin maliyyə vəziyyəti xeyli yaxşılaşmışdı.

Markyonne istirahət etmədən hər gün 12-14 saat çalışırdı və əməkdaşlarından da bunu tələb edirdi.

oxu.az

Son xəbərlər
Digər xəbərlər