12 C
Baku
Friday, March 29, 2024

İşdən zövq almağın yolları

İnsan uzun müddət eyni işlə məşğul olduqda günbəgün onda yorğunluq və durğunluq hissi yaşanır. Bu açıq-aşkar işinizin keyfiyyətinə də təsir edəcək. Hətta sahibkarlar belə öz işlərinə olan marağı və əvvəlki həvəsi itirə bilərlər.

Lakin işə qarşı bu həvəsin itirilməsi o demək deyil ki, siz hər şeyi atıb işi tərk etməlisiniz. İşə qarşı yenidən böyük marağın yaradılması və işə böyük məmnuniyyətlə getmək hissini bərpa etmək üçün bir neçə üsul var.

Öz müştərilərinizlə danışın

Sizin biznesiniz bazara bəzi dəyərlər gətirir, belə olmasaydı sizin müştəriləriniz olmazdı. Az da olsa onlarla zaman keçirin, ünsiyyət qurun, qoy onlar nəyə görə sizin şirkəti seçdiklərini desinlər. Bu sizin də təəccüblənəcəyiniz nəticələr verə bilər və həyatdakı məqsədinizi geri qaytara bilər.

Rəqiblərinizi araşdırın

İşə marağı geri qaytarmaq üçün fəaliyyətdə bir az rəqabət kimi yaxşı heç nə yoxdur. Müşahidələr aparın: hazırda bazarda payınızı artırmaq imkanı varmı, rəqabət güclənib yaxud zəifləyib? Dedektiv, strateq rolu oynayın və zəif rəqiblərinizi əzin.

Mövqelərinizi dəyişin

Ola bilsin hazırda olduğunuz mövqeyə həddindən artıq köklənmisiz. Birbaşa qarşınızdakı məqsədlərə baxın. Ola bilsin, öz təhsilinizi artırmalı, yaxud insanların idarə edilməsi metodlarını təkmilləşdirməlisiniz. Və əgər uğura nail olsanız sizin səylərinizin nəticəsi olaraq çoxlu mükafatlara sahib olacaqsınız.

Təlim proqramı yaradın

İnsanlar digər insanlara nəisə öyrətməyi sevirlər. Təlim proqramı sizin həmkarlarınıza da xeyir verərək qarşılıqlı əlaqə yaradır. Eyni zamanda bu proqram sizə şirkətiniz barədə maraqlı və stimul verici şeyləri xatırladacaq.

Həmkarlarınızla rollarınızı dəyişin

Rəhbər və yaxud adi əməkdaş olmağınızdan asılı olmayaraq bir neçə gün ərzində başqasının işini görərək çox şeylər öyrənə bilərsiniz. Bu yeniliklər sizə yeni bir baxış qazandıracaq və yeni düşüncələrə təkan verəcək. Bundan başqa öz həmkarlarınızı daha artıq qiymətləndirməyə başlayacaqsınız.

İşə yeni işçilər qəbul edin

Ən təcrübəli işçilər tapmaq üçün bir neçə həftə sərf edin və onların şirkətinizdə oynadıqları rolu müəyyən edin. Bu sizə şirkətinizi nəyə görə sevdiyinizi xatırladacaq.

Özünüzə ideal gələcək planlaşdırın

Ola bilsin, siz keçmişdə sizi bu yola ilhamlandıran səbəbləri unutmuşunuz. Bunun üçün də keçmişi yada salıb öz qərarınızı bir daha təsdiqləyin. Əgər bütün üsulları istifadə etdikdən sonra sizdə yenə də durğunluq hissi varsa bundan sonra necə bir gələcək istədiyinizlə bağlı düşünməyə zaman ayırın.

Son xəbərlər
Digər xəbərlər