İşinizi asanlaşdırmağın yolları

İş zamanı yaranan tapşırıqları daha yaxşı yerinə yetirmək üçün özünüzdə bir neçə sadə vərdişləri inkişaf etdirməlisiniz. Vərdişləri öyrənmək o qədər də asan olmasa da onlar vasitəsilə gündəlik işinizi daha xoşagələn edə bilərsiniz.

Bu vərdişlərdən biri hər şeyi vaxtında yerinə yetirməkdir. Başlanğıc üçün heç olmasa görməli olduğunuz işin 80%-ni vaxtında yerinə yetirin. Hər şeyi vaxtında yerinə yetirməyə nail olmaq üçün zəngli saat qurmaq, qeydlər yazmaq sizə kömək edə bilər. İlk vaxtlar çətin olsa da sonda öyrənəcəksiniz. Bu vərdişi əldə etməklə onun üstünlüklərini də qazanmaq mümkündür. Belə ki, hər işi vaxtında yerinə yetirməklə ailənizlə səyahət etmək, dincəlmək üçün də zaman ayıra bilərsiniz. Həmçinin bu sizə ətrafdakı insanların gözündə etibarlı, güvənilə bilər və müsbət təsir bağışlayan biri kimi görünmək imkanı verəcək.

Uğurlu iş üçün iş zamanı qısa fasilələr vermək də mütləqdir. Belə ki, həkimə tez-tez müraciət edən insanların əksəriyyəti həddindən artıq işləyən insanlar olur. Bu arzuolunmaz hallardan və yorğunluqdan uzaq olmaq üçün fəaliyyətinizi alternativ şəkildə qurmaq və həmçinin qısa fasilələr də etmək lazımdır. Fasilələrin 1-2 saatdan bir 15-25 dəqiqə olması nəzərdə tutulur. Bu fasilələr sizə ruhi sabitliyinizi və fiziki sağlamlığını qorumaq üçün kömək edəcək və mütləqdir ki, fasilər yalnız sağlamlıq üçün nəzərdə tutulsun. Məsələn, fəal şəkildə hərəkət edin, yerinizi dəyişin, ətrafınızdakı insanlarla ünsiyyətə girin və yaxud da sadəcə təmiz havaya çıxın. Fasilə zamanı siqaret çəkmək və kofe içmək məsləhət görülmür. Belə ki, bunlar sizin sağlamlığınıza zərər törədir.

Üçüncü lazımlı vərdiş öz ideyalarınızı və məqsədlərinizi yazmaqdır. Bu vərdiş sizə ideyalarınızı və məqsədlərinizi daim görməyə, yadda saxlamağa və onları növbəti həftə və aylar üçün bölüşdürməyə imkan verəcək. Bu vərdiş insan həyatının təşkili üçün nəzərdə tutulmuşdur.

İşinizdə uğur qazanmağın bir yolu da işinizin bir hissəsini başqalarına həvalə etməkdir. Dünyada heç bir insan hər şeyin öhdəsindən təkbaşına gəlməyə qadir deyil. Belə ki, müasir insanların heç biri nə zaman nə güc baxımından bütün tapşırıqların öhdəsindən tək gələ bilməz. Əgər siz az iş görərək çox şeyi vaxtında yerinə yetirmək istəyirsinizsə onda siz işinizin bir qismini digər insanlarla bölməyə məcbursunuz. Digər işçilərin işlərinə nəzarət etmək bir xeyli tapşırıq üzərində eyni vaxtda çalışmaqdan daha asandı.

Növbəti bir vərdiş: hər zaman ehtiyat bir variant saxlayın. İşinizin hər zaman qaydasında getməsi mümkün deyil və belə hallarda mütləq “B planı”na ehtiyac duyulur. Əgər belə bir planınız yoxdursa o zaman hər şeyi yenidən etmək məcburiyyətində qalacaqsınız.