5 C
Baku
Saturday, December 14, 2024

İşlədiyiniz şirkəti tərk etmə ərəfəsində nə etməli?

Yeni bir şirkət tapdınız və iş yerinizi dəyişməyi qərara aldınız, yaxud sadəcə hazır ki, işinizi tərk etməyi planlaşdırırsınız? Şirkətdən getmək ərəfəsində rahatlaşmaq üçün hələ tezdir.

Əlbəttə istefa ərizəsi yazdıqdan sonra artıq özünüzü şirkətin bir hissəsi hiss etməyəcəksiniz. Lakin bu hələ o demək deyil ki, siz sadəcə oturub təyin olunmuş vaxtın başa çatmasını gözləməlisiniz. İş yerinizi bir dəfəlik tərk etməmişdən öncə yerinə yetirməli olduğunuz işlər var:

Vacib sənədlər

Mütləq kadrlar şöbəsinə gedərək işlədiyiniz dövr ərzində imzaladığınız müqavilələr, əmrlər və sazişləri nəzərdən keçirin. Yadınızdan tamamilə çıxmış vacib detalları xatırlaya bilərsiniz. Hər bir halda bilməli olduğunuz nüansları unutmadığınızı dəqiqləşdirmək sizin xeyrinizədir.

Cari işlər

Heç nəyə baxmayaraq şirkətin işləri davam edir. Fikrən dincəlsəniz və özünüzü yeni iş yerində təsəvvür etməyinizə baxmayaraq cari işləri unutmaq lazım deyil. Rəhbərlik və əməkdaşlarınız işləməkdə davam edirlər və ola bilsin ki, sizin vəzifəniz onlardan birinə nəsib olacaq. Buna görə də işə biganə yanaşmayın. Sizi əvəz edəcək əməkdaş üçün mövcud problemlər haqqında bütün zəruri informasiyaları hazırlayın və bütün işi qaydasına salın.

Həmçinin yerinə yetirdiyiniz layihələri və tapşırıqları nəzərdən keçirin. Onlardan neçəsini etdiyinizi və gəldiyiniz nəticələri qeyd edin. Bu məlumatlar gələcəkdə sizə rezüme, yaxud müsahibə üçün lazım ola bilər.

Şirkətdə istifadə etdiyiniz kompüterdə şəxsi fayllarınız və şifrələriniz barədə də unutmayın.

Tövsiyələr

Yalnız işlərin və məsuliyyətin doğru yerinə yetirilməsi rəhbərlikdən yaxşı tövsiyə almağa imkan verəcək. Bir çox əməkdaşlar əmək bazarında onların dəyərini artıra biləcək belə bir imkandan əbəs yerə məhrum olurlar. İşədüzəlmə zamanı tək tövsiyələr vacib rol oynamır. Həmçinin bir neçə əməkdaşınızla yaxşı münasibət qurun ki, lazım olduqda onlardan sizin haqqınızda xasiyyətnamə əldə edə biləsiniz.

Vidalaşmaq

Getmə zamanınız gəldikdə sakit bir şəkildə getmək məsləhət deyil. Bir yerdə işlədiyiniz əməkdaşlarınızla vidalaşın, hamı ilə görüşmək məcbur deyil, heç olmasa yaxşı münasibətiniz olan insanlara vida edin. Onlarla işləməyin xoş olduğunu, gələcəkdə də görüşlər təşkil edəcəyinizi deyin. Bunun əvəzində isə öyünmək, özündən əmin şəkildə danışmaq və əməkdaşlarınızı təhqir etmək lazım deyil.

Son xəbərlər
Digər xəbərlər