İspaniyada açıq havada maskadan istifadə tələbi ləğv edilib

İspaniyada fevralın 10-dan etibarən açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib.

Yeni qərara əsasən məktəblərdə də tənəffüs vaxtı maskadan istifadə məcburi olmayacaq. Bu, yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayının azalması ilə əlaqələndirilir. Bununla belə, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda və sosial məsafənin saxlanılması mümkün olmayan yerlərdə maskadan istifadə məcburiyyəti qüvvədə qalır.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər