5 C
Baku
Saturday, December 14, 2024

İsrail Mərkəzi Bankının faiz artımı proqnozları üstələdi

İsrail Mərkəzi Bankı ( İsrail Bankı) uçot faiz dərəcəsini gözləniləndən daha artıq yüksəldib və o bununla inflyasiyanı hədəf çərçivəsinə gətirməyə çalışır.

Bu barədə Banker.az İsrail Bankının bazar ertəsinə açıqladığı press-relizə istinad edir.

İsrail Bankı uçot faiz dərəcəsini 75 baza bəndi, yaxud 0.75 faiz bəndi artırmaqla 2.00%-dən 2.75%-ə yüksəldib. Analitiklər isə cəmi 63 baza bəndi artıma gedəcəyini gözləyirdi.

Bank 2022-ci ilə 0.10%-lik yumşaq pul siyasəti ilə start vermişdi. Martdan başlayaraq hər birində 10, 12, 25, 40, 50 və 63 baza bəndi artıma gedib və hər birində gözləniləndən yüksək artırıb.

İsrailin illik inflyasiya səviyyəsi iyulda 5.2%-lik 14 ilin ən yüksək səviyyəsinə çatdıqdan sonra avqustda 4.6% təşkil edib. Bu da hökumətin illik 1-3%-lik hədəf diapazonunu üstələyir və 1 noyabr seçkiləri ərəfəsində yaşayış xərclərinin artmasına ictimai aqressiyanı yüksəldir.

Eyni zamanda, İsrail iqtisadiyyatı ikinci rübdə birinci rüblə müqayisədə illik 6.8% artıb.

Qeyd edək ki, israil şekeli (ILS) ilin ABŞ dollarına qarşı əvvəlindən indiyə qədər 15.16% dəyər itirib. Hazırda USD/ILS cütlüyünün məzənnəsi 3.57 səviyyəsi ətrafındadır.

Son xəbərlər
Digər xəbərlər