5 C
Baku
Saturday, December 14, 2024

“İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması” təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”nı təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Yeni forma “Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli qanununun qüvvəyə mindiyi tarixdən tətbiq ediləcək.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Son xəbərlər
Digər xəbərlər