5 C
Baku
Saturday, December 14, 2024

“İsveç Türkiyə ilə NATO üzrə razılaşmaya sadiqdir”

İsveç ölkənin NATO-ya qoşulma prosesini açacaq üçtərəfli təhlükəsizlik memorandumunun müddəalarına sadiqdir.

Bunu bazar ertəsi “Anadolu” agentliyinə İsveçin yeni Baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, Stokholm NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində imzalanmış sənədin müddəalarının həyata keçirilməsi üçün hər cür səy göstərəcək.

“NATO-ya üzvlük İsveç və Finlandiya üçün çox vacibdir. Biz Türkiyə, İsveç və Finlandiya arasında NATO ilə bağlı sənədə sadiqik. Onun müddəalarına əməl etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Baş nazir bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər