6 C
Baku
Monday, December 16, 2024

İsveçin yeni Baş naziri Türkiyə ilə imzalanmış sazişin icrası üçün səyləri gücləndirəcək

İsveçdə yeni hökumət kabinetinin formalaşması ilə ölkənin NATO-ya üzvlüyü istiqamətində fəaliyyətdə heç bir dəyişiklik olmayacaq.

Bu barədə İsveçin yeni Baş naziri Ulf Kristersson NATO Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Artıq 28 ölkənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolları ratifikasiya etdiyini xatırladan Baş nazir bildirib ki, alyans üzvlərinin İsveç və Finlandiyanın üzvlüyünə olan münasibəti yüksək qiymətləndirir.

“Biz yeni hökumət olaraq Madriddə İsveç, Finlandiya və Türkiyə arasında imzalanmış üçtərəfli sazişin həyata keçirilməsi üçün səylərimizi ikiqat gücləndirəcəyik. Bu üçtərəfli saziş terrorla mübarizə üçün həm də yeni bir platforma yaradıb. Terrorla mübarizə istər indi, istərsə də NATO-ya üzvlükdən sonra bizim üçün prioritet olacaq. Biz bu istiqamətdə olan öhdəliyimizi ciddi nəzərə alırıq. İsveç NATO müttəfiqi olaraq alyansın bütün üzvlərinin təhlükəsizliyinin töhfə verməyə sadiq olacaq”, Ulf Kritersson vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər