-1 C
Baku
Sunday, December 15, 2024

İtaliya ECB-nin siyasətini “gecələr fənəri söndürüb dəli kimi avtomobil qovmağa” bənzədir

İtaliya Mərkəzi Bankının rəhbəri, avrozonanın faiz dərəcələrini təyin edən həmkarlarının inflyasiyanı tənzimləmək üçün nə qədər yüksək faiz dərəcələrinin yüksəlməsinə ehtiyac olacağı ilə bağlı şərhlərini tənqid edərək, Avropa Mərkəzi Bankında artan fərqi tənqid edib. Bunu Banker.az Financial Times-ə istinad edir.

İqnazio Visko dünən Romada etdiyi çıxışda, monetar  siyasətinin sərtləşdirilməsinin sürəti ilə bağlı gərginliyin artdığı üçün “həmkarlarımın gələcək və uzunmüddətli faiz artımları ilə bağlı bəyanatlarını təqdir etmədiyini” bildirib.

ECB gələn həftə keçiriləcək iclasında depozit faizini yarım faiz bəndi artıraraq 3 faizə qaldıracağına işarə edib. O, həmçinin əlavə addımlar üçün əvvəlcədən öhdəliklərin qəbul edilməyəcəyini deyir.

Lakin ECB-nin faiz təyin edən idarə heyətinin bəzi üzvləri fevral ayında proqnozlaşdırılandan daha yüksək inflyasiya məlumatlarına reaksiya verərək gələcək aylarda geniş iqtisadi dayanıqlıq əlamətlərinə görə faiz dərəcələrin daha yüksəklərinə işarə etdilər.

Avstriya Mərkəzi Bankının rəhbəri Robert Holzmann bu həftə ECB-nin indi və iyul ayları arasında keçirdiyi dörd iclasın hər birində faiz dərəcələrini 0.5 faiz bəndi artıracağını və depozit faizini 2.5 faizdən 4.5 faizə qaldıracağını gözlədiyini dediyib. Bu, fyuçers bazarları tərəfindən təyin olunan 4 faizlik zirvədən yüksək səviyyədir.

İtaliyanın mərkəzi bankının rəhbəri, ECB şurasının daha cəsarətli üzvlərindən biridir, onların bir çoxu daha cəsarətli dərəcə təyin edənlərin faiz dərəcələrinin daha da yüksəlməsinə dair öhdəlik götürmək üçün davamlı yüksək inflyasiya məlumatlarından istifadə edəcəklərindən çəkinirlər. Keçən ay ECB idarə heyətinin faiz artımları üzrə ən yumşaq soiyasətini dəstəkləyən üzvü Fabio Panetta xəbərdarlıq etdi ki, gələcək faiz artımına dair öhdəlik götürmək “gecələr fənərlərimiz sönmüş halda dəli kimi avtomobili sürmək” siyasətinə bərabər olacaq.

Avrozonada inflyasiya oktyabrda rekord həddə – 10.6 faizə çatdıqdan sonra ardıcıl dörd aydır aşağı düşüb. Ancaq fevral ayında gözləniləndən 8.5 faizə qədər azaldı, əsas qiymət artımı (baza inflyasiyası) – enerji və ərzaq istisna olmaqla – 5.6 faizlə bütün zamanların ən yüksək səviyyəsinə çatdı. İqtisadçılar inflyasiyanın nə qədər sürətlə aşağı düşəcəyi və Avrozonanın bu il iki rüb ardıcıl olaraq azalan hasilat kimi müəyyən edilən texniki resessiyaya girib-girməyəcəyi ilə bağlı fikir ayrılığına malikdir. Müəssisələr və istehlakçılar arasında aparılan sorğular davamlı artıma işarə edir, lakin zəif pərakəndə satış xərclərini və biznes investisiyalarını göstərən məlumatlar azalma ehtimalını göstərir.

Xatırladaq ki, ECB-nin əsas rəqibi ABŞ FED-nin rəhbəri faizlərin pik həddini gözləntidən daha yuxarı doğru qaldırlacağına işarə edib, nəticədə dollar əksər valyutalara qarşı bahalaşır.

Son xəbərlər
Digər xəbərlər