14 C
Baku
Thursday, March 28, 2024

İtaliyadakı ada bir milyon avroya satılır

İtaliyanın Siciliya adasından 300 metr məsafədə yerləşən “Qadınlar Adası” bir milyon avro qiymətinə satılır. Bu haqda Travel and Leisure yazır.

Qeyd edildiyi kimi, satılan ada Palermo yaxınlığında yerləşir. Qiymətə gəldikdə isə ilk başlarda adanın qiyməti 3,5 milyon avro dəyərində olub, lakin ada sahibkarların marağını çəkə bilmədiyinə görə qiymət əhəmiyyətli dərəcədə aşağı salınmışdır.

Satışa qoyulmuş bu ərazi müəyyən maliyyə yatırımına ehtiyac duyur, belə ki burada XVII əsrdə tikilmiş qala üzərində müəyyən rekonstruksiya işləri aparılmalıdır.

Satıcılara görə bu adanın öz əfsanəsi var. Əfsanəyə görə 13 türk qadını öz ailələrindən qovulduqdan sonra, bu adaya gələrək xoşbəxt bir həyat yaşayıblar. Adanın adı da bu əfsanə ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər