9 C
Baku
Thursday, December 12, 2024

İtaliyalı sənətçinin $120000-lik banan əsərini Gürcüstan əsilli rəssam “art-performans” adıyla yeyib

Gürcüstan əsilli amerikalı rəssam David Datuna Miami şəhərində Perroten qalereyasında keçirilən “Art Basel” müasir incəsənt sərgisində sərgilənən italiyalı sənətçi Maurizio Cattelan-ın “Komik” adlı və tək bir banandan ibarət olan əsərini yeyib.

İtaliyalı sənətçinin əsəri divara skotç lentiylə yapışdırılmış bir ədəd banandan ibarət olub. Banan, qabığı artıq qaralmağa başlamış vəziyyətdə idi.

Hadisədən bir qədər əvvəl həmin banan incəsənət əsəri qismində Fransadan olan bir kolleksiyaçıya кционеру за $120000 qiymətə satılmışdı.

Datuna bananın yeyilməsi görüntüsü olan videonu öz Instagram səhifəsində paylaşıb.

“Biz Maurizio-ya hörmətlə yanaşırıq, lakin bu, “Ac rəssam” adlı art-performansımdır, – banan yeyən rəssam videoda deyir. – Dadlıdır…. mənim adım David Datunadır”

Sərgi təşkilatçıları yeyilmiş bananın əvəzinə divara yenisini yapışdırıblar.

Miami Herald nəşrinin məlumatına görə, şənbə günü sərgidəki banan installyasiyasının qarşısına arakəsmələr çəkilib və eksponatı polis əməkdaşları nəzarətə alıb.

“Banan – bu bir ideyadır, o [David Datuna] bu sənət əsərini məhv etməyib”, – Perroten qalereyasının sözçüsü və Maurizio Catellan ilə işləyən Lucien Terra deyib

Terra qeyd edib ki, nə qədər ki, əsərin sertifikatı qüvvədədir, həmin əsər geçək sayılır.

“Bu bananı lentə alanlar Mona Lisa əsərini çəkənlərdən daha çoxdur”, – Terra deyib.

David Datuna Tbilisdə doğulub, hazırda New York şəhərində yaşayır, ABŞ vətəndaşıdır.

2011-ci ildə onun “Putin – Mona Lisa” əsəri Moskvadakı hərracda 200 min dollara satılıb.

©BBC

Son xəbərlər
Digər xəbərlər