2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı 1, 9 milyard ABŞ dolları dəyərində olub.
Banker.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayı təqdim edilib.
2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13, 7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1, 9 milyard ABŞ dolları dəyərində olub. Qeyri-neft sektoru üzrə ixrac 2019-cu il ilə müqayisədə 102 milyon ABŞ dolları və ya 5,2 faiz azalıb.
2020-ci il ərzində Rusiyaya 691 milyon, Türkiyəyə 377.8 milyon, İsveçrəyə 224.8 milyon, Gürcüstana 127.6 milyon və Çinə 44.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205.6 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (201.4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131.9 milyon ABŞ dolları) üçüncü olub.