12 C
Baku
Wednesday, December 11, 2024

Əməliyyatlara dəstək şöbəsinin müdiri (hüquq profilli) – Global Leasing MMC

0
Əməliyyatlara dəstək şöbəsinin müdiri (hüquq profilli) – Global Leasing MMC
17.10.2019

İşəgötürən :  “GLOBAL LEASING” MMC

Vakansiya: Əməliyyatlara dəstək şöbəsinin müdiri (hüquq profilli)

Vəzifələr:

• Şirkətin siyasət, prosedur və qaydalarının hazırlanmasında dəstək vermək;
• Müxtəlif tipli müqavilələri hazırlamaq, onların icrasına nəzarəti təmin etmək;
• Lizinq xidmətinin inkişafı ilə bağlı hüquqi aspektdə təhlillər aparmaq, nəticələri hesabat şəklində rəhbərliyə təqdim etmək;
• Şirkətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirmək;
• Şirkətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanması, habelə onların icmallaşdırılmasında fəal iştirak etmək;
• Rəhbərliyin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.

Tələblər:

• Ali hüquqi təhsilin olması;
• Ən azı 2 (iki) il lizinq, bank və ya kredit təşkilatında hüquqşünas üzrə təcrübə;
• Analitik düşüncə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
• Dəqiq planlaşdırma və nəzarət etmək qabiliyyəti;
• MS Office proqramlarından istifadə bacarığı.

Qeyd: iş yeri Bakı şəhərində yerləşir, namizəd dövrü olaraq Bayıl və NZS qəsəbəsindəki ofislərə səfər təşkil etməlidir.

Əmək haqqı müsahibə yolu ilə təyin olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Əməliyyatlara dəstək şöbəsinin müdiri (hüquq profilli)” qeyd edərək öz CV-ni [email protected] və x.akhundov@ globaleasing.az email ünvanlarına göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaLizinq