İşəgötürən: “GLOBAL LEASING” MMC
Vakansiya: Layihələrin idarə olunması şöbəsinin müdiri (risk profilli)
Vəzifələr:
• Şirkətin risk siyasətinin hazırlanmasında dəstək vermək;
• Kredit riskləri, əməliyyat riskləri və bazar riskləri üzrə təhlilləri aparmaq, nəticələri hesabat şəklində rəhbərliyə təqdim etmək;
• Lizinq layihələrinin müvafiq mərhələlərinin gedişatına nəzarət etmək;
• Şirkətdə tətbiq olunan daxili nəzarət mexanizmlərini gücləndirmək;
• Şirkətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanması, habelə onların icmallaşdırılmasında fəal iştirak etmək;
• Rəhbərliyin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.
Tələblər:
• Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması;
• Ən azı 2 (iki) il lizinq, bank və ya kredit təşkilatında risk mütəxəssisi/kredit supervayzeri üzrə təcrübə;
• Analitik düşüncə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
• Dəqiq planlaşdırma və nəzarət etmək qabiliyyəti;
• MS Office proqramlarından istifadə bacarığı.
Qeyd: iş yeri Bakı şəhərində yerləşir, namizəd dövrü olaraq Bayıl və NZS qəsəbəsindəki ofislərə səfər təşkil etməlidir.
Əmək haqqı müsahibə yolu ilə təyin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Layihələrin idarə olunması şöbəsinin müdiri (risk profilli)” qeyd edərək öz CV-ni [email protected] və x.akhundov@ globaleasing.az email ünvanlarına göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Lizinq |