8 C
Baku
Friday, December 13, 2024

Ərazi Üzrə Menecer (Cəlilabad) – FINCA Azerbaijan LLC

0
Ərazi Üzrə Menecer (Cəlilabad) – FINCA Azerbaijan LLC
13.05.2019

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı CƏLİLABAD OFİSİ üçün ƏRAZİ ÜZRƏ MENECER vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Məqsəd:

Ərazi üzrə Menecer maliyyə xidmətləri əməliyyatları və inzibati işlər daxil olmaqla səlahiyyətinə aid Filial və Satış ofislərinin idarə olunması və nəzarəti üçün məsuliyyət daşıyır. O, filialın bütün cari və eləcə də gələcəkdə təşkilatın fəaliyyətinin və/və ya əməliyyatlarının dəyişilməsi/artması ilə əlaqədar əlavə ediləcək aktivlərin/vəsaitlərin təhlükəsizlik və toxunulmazlığını təmin etməyə məsuliyyət daşıyır. Ərazi üzrə Menecer filialda bütün maliyyə xidmətləri işləri üçün birbaşa rəhbər kimi xidmət göstərəcək Filial və Satış ofislərinin mərkəzləşdirilmiş digər funksional işçiləri (maliyyə, informasiya texnologiyası və ya digər) üçün inzibati menecer olacaqdır. Ərazi üzrə Menecer strateji və əməliyyat planlarına uyğun şəkildə maliyə xidmətləri göstərilməsini təmin edəcəkdir. O, eləcə də Sahə üzrə Əməliyyat Meneceri ilə əməkdaşlıq şəraitində əsas maliyyə xidmətləri kadrlarının seçilməsi və işə götürülməsi üçün məsuliyyət daşıyacaqdır.

Tələblər:

• Biznes, Maliyyə Marketinq və ya bunlara müvafiq sahə üzrə Bakalavr təhsili;
• Müxtəlif regionlarda  kreditvermə, kreditlərin analizi, satış, biznes bankçılığı və digər birbaşa əlaqəli sahələr üzrə 5 ildən cox təcrübənin olması;
• Rəhbər vəzifələrdə 3 ildən çox təcrübənin, həmçinin güclü analitk və idarəetmə bacarığının olması, Filialın idarə olunması üzrə təcrübənin olması üstünlük sayılır;
• Təşkilati dəyərlərə, əməliyyat bütövlüyünə və şirkət siyasətlərinə sadiqliyin nümayiş etdirilməsi
• Dəyişikliyin idarəolunması və proseslərin davamlı təkmilləşdirilməsi üzrə sübutlu nailiyyətlərin olması; 
• Müştəri yönümlü və nəticələrə hədəflənmiş peşəkar iş davranışı;  
• Mükəmməl təşkilati, insanlararası münasibət, ünsiyyət (şifahi və yazılı), insanların idarə olunması və təlimləndirmə bacarıqlarının olması; 
• Biznesin çox saxəli funksiyaları arasında əməkdaşlıq təcrübəsi;
• Güclü risk və nəzarət mühitinin yaradılması/təşviq edilməsi and saxlanılması üzrə təcrübənin olması;
• Səlis Azərbaycan dili bilikləri, İngilis dili biliyi üstünlükdür;
• Maliyyə sektorunun qaydaları və tənzimləmə qanunları sahəsində lazımi bilikləri; 
• İş zamanının ən azı 35% hissəsinin səyahətə xərcləmə istəyinin olması;
• Sürücülük vəsiqəsinin olması üstünlükdür.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 May 2019-cu il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində ƏRAZİ ÜZRƏ MENECER (CƏLİLABAD)  qeyd etməklə göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaFilial müdiri