Bakı
22.11.2023
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Bank kanalı vasitəsilə sığorta məhsullarının satışını təmin etmək;
- Banklarla görüşlər keçirmək və sığorta məhsullarının təqdimatını həyata keçirmək;
- Müştərilər tərəfindən daxil olan təklif və şikayətləri sərbəst cavablandırmaq;
- Cari portfel üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
- Sığorta sahəsində 1 il iş təcrübəsi (Sığorta sahəsi üzrə);
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır) ;
- Sürücülük vəsiqəsinin olması mütləqdir.
Fərdi keyfiyyət tələbləri:
- Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Banklarla iş şöbəsinə kiçik mütəxəssis” qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |