6 C
Baku
Sunday, December 15, 2024

Baş biznes analitik – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

0
Baş biznes analitik – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Bakı
01.12.2023

Təsvir:

  • İnformasiya sistemləri üzrə iş proseslərini, həmçinin təklif olunan layihələrin miqyasını müəyyən etmək;
  • İnformasiya sistemləri üzrə sifarişçi ilə analitik müsahibələri aparmaq, proqram təminatına dair tələbləri toplamaq, tələbləri, istəkləri və imkanları nəzərə alaraq məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə təsvir etmək;
  • İnformasiya sistemlərinin hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;
  • Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələbləri müəyyənləşdirmək;
  • Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla araşdırmalar aparmaq;
  • Mövcud olan informasiya sistemləri və istifadə olunan texnologiyaların ekspertizasını aparmaq;
  • Biznes analiz ilə bağlı proseslərin təkmilləşdirilməsi ilə əlaqədar məlumat və rəy təqdim etmək;
  • “Agile” və qeyri-”Agile” proseslər kontekstində biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər İT mütəxəssislər ilə əməkdaşlıq etmək;
  • Tələbləri proqram təminatı komandasına effektiv şəkildə çatdırmaq üçün “user story”-lərin, “acceptance criteria”-ların və digər “Agile artefakt”-ların təkmilləşdirilməsində iştirak etmək;
  • Layihələrin vaxtında və büdcə daxilində tamamlanmasını təmin etmək üçün layihə menecerləri və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək;
  • Maraqlı tərəflər və layihə komandası üzvləri ilə müsbət əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək;
  • Texniki məlumatların qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
  • “Sprint planning”, gündəlik “stand-up”, “sprint review” və “retrospektiv”-lər kimi “Agile ceremony”-lərində iştirak etmək;
  • Müvafiq qanunvericilik və tənzimləyici çərçivələri dərindən başa düşmək;
  • Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 5 (beş) il iş təcrübəsi;
  • “Miro”, “Visio”, “Jira”, “Figma”, “Canva”, “draw.io”, BPMN, “YouTrack”, “Notion.so” və başqa müasir alətlər üzrə bilik və bacarıqlara sahib olmaq;
  • Texniki baxımdan yüksək peşəkarlıqla təqdimat hazırlamaq və təqdim etmək bacarığına sahib olmaq;
  • İngilis dili biliyi – texniki səviyyədə;
  • Sahə üzrə sertifikatlara malik olmaq üstünlükdür.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları