13 C
Baku
Saturday, April 27, 2024

Baş sistem inzibatçısı – PMD Hospitality

0
Baş sistem inzibatçısı – PMD Hospitality
Bakı
05.08.2021

Vəzifə: Baş sistem inzibatçısı
Şöbə: İnformasiya texnologiyaları
Tabeçilik: İT üzrə qrup meneceri
İşəgötürən: “PMD Hospitality” MMC
Ünvan: Neftçilər prospekti 153, PBT

Hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan “PMD Hospitality” MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

– Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işləri icra edir;
– Şirkətin Avtomatlaşdırılmış Sistemlərinin (Micros, Symphony, Opera, Fidelio, TNG, 1C, KarMed) və Şirkətdə məsul olduğu digər informasiya sistemlərinin etibarlı və davamlı fəaliyyətini təmin edir;
– Şirkətdə məsul olduğu əməliyyat sistemlərinin (Linux və Windows tipli), məlumat bazalarının idarəetmə sistemlərinin, anti-virus və antispam proqram təminatlarının, elektron poçt və digər funksional informasiya sistemlərinin istehsalçıları tərəfindən tövsiyə və təqdim olunan “patch” və “update”-lər daxil olmaqla yeni versiyalarının tətbiqində iştirak edir;
– Şirkətin informasiya sistemlərinin, məlumat bazalarının və server avadanlıqlarının daim işlək vəziyyətdə saxlanılmasını təmin edir, onlara müvafiq texniki və dəstək xidmətlərinin göstərilməsini həyata keçirir;
– Şirkətdə İT infrastrukturunun informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tələb olunan işləri və sazlamaları həyata keçirir;
– Şirkətdə yeni informasiya sistemlərini (tətbiqi proqram təminatları, məlumat bazalarını idarəetmə sistemlərini, əməliyyat sistemlərini və.s) və müvafiq server avadanlıqlarını quraşdırır, sazlayır və test rejimində sınaqdan keçirdikdən sonra istifadəyə verilməsini təmin edir;
– İnformasiya sistemləri arasında tələb olunan əlaqə interfeyslərinin sazlanmasını təmin edir;
– İnformasiya sistemlərinin və avdanlıqlarının sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
– İnformasiya sistemlərinin arxiv işlərini həyata keçirir, şirkətin daxili prosedurlarına uyğun olaraq informasiya sitemlərinin ehtiyat surətlərinin çıxarılmasını və saxlanılmasını təmin edir;
– İT menecerin göstərişləri əsasında məlumat bazalarının və əməliyyat sistemlərinin inzibatçılıq funksiyalarını yerinə yetirir və onlara texniki dəstək göstərir;
– Şirkətdə istifadə olunan proqram məhsullarına, serverlərə, məlumat bazalarına və kompüterlərə (ayrı-ayrılıqda və şəbəkədaxili) kompüter viruslarının daxil olmaması üçün müvafiq anti-virus sistemlərinin quraşdırılması, sazlanmasını və daim yenilənməsini həyata keçirir;
– İnformasiya sistemlərinin normativ-metodoloji bazasının təkmilləşdirilməsində iştirak edir;
– Məsul olduğu informasiya sistemlərində və ya avadanlıqlarında baş verən xətaların və insidentlərin dərhal araşdırılmasını və aradan qaldırılmasını təmin edir;
– Qrupun funksiyalarına aid olan məsələlər barədə daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır;
– Məsul olduğu informasiya sistemlərinin fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT menecerinə hesabatlar təqdim edir;
– Şirkətin Əsas və Ehtiyat mərkəzlərindəki server otaqlarının və server otaqlarındakı iş şəratinin müvafiq standartların tələblərinə cavab verən şəkildə qurulmasını və daim səliqəli saxlanılmasını təmin edir;
– İT üzrə qrup menecerinin göstəriş və tapşırıqlarını yerinə yetirir;
– Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir;

Namizədə tələblər:

– Ali təhsil;
– Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;
– HP, İBM, Cisco kimi istehsalçıların “Server və Storage” avadanlıqları ilə işləmək bacarığı;
– Linux və Windows əməliyyat sistemlərində sərbəst işləmək bacarığı;
– Virtualizasiya sistemləri “VmWare ESXi” ilə sərbəst işləmək bacarığı;
– Oracle və MS SQL məlumat bazalarının idarəetmə sistemləri ilə işləmək bacarığı;
– İnformasiya sistemlərinin və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqqında geniş biliklərin olması;
– Microsoft Exchange server üzrə geniş biliklərin olması;
– Məxfilik qaydalarına riayət etmək;
– İnsanlarla ünsiyyət qurmaq bacarığı;
– Komanda ilə işləmək bacarığı;
– Qrupun işlərini icra etmək bacarığı;
– MS Office proqramlarında sərbəst işləmək bacarığı;
– Azərbaycan dili – sərbəst;
– Rus və ya ingilis dili – yaxşı səviyyədə;

İşçinin təminatları:

– Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
– PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
– PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
– Təlim və inkişaf proqramlarında iştirak imkanları;
– Tibbi sığorta (ailə paketi);
– Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 avqust 2021-ci il

İşin aid olduğu sahə

KateqoriyaİT