9 C
Baku
Friday, December 13, 2024

Biznesin inkişafı üzrə mütəxəssis – Azericard

0
Biznesin inkişafı üzrə mütəxəssis – Azericard
Bakı
16.02.2021

Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal hazırda aktiv olan vakansiya: Biznesin inkişafı üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• İnnovasiya Mərkəzinin Startup-ları ilə birbaşa əməkdaşlıq edəcək və onları koordinasiya edəcək;
• Startup-lar ilə İnnovasiya Mərkəzi arasında müqavilələr və aidiyyəti digər administrativ sənədlərin hazırlanmasına dəstək verəcək və prosesi koordinasiya edəcək;
• Bankın daxili struktur şöbələri ilə İnnovasiya Mərkəzinin Startup-larının biznes və texniki məsələlərinin müzakirəsi və dəyərləndirilməsi ilə bağlı əlaqələrini quracaq və onlara dəstək olacaq;
• İnnovasiya Mərkəzinin Startup-larına dəstək verən Mentor və Konsultant şirkətlər və fiziki şəxslər ilə münasibətlərinin qurulmasını və koordinasiyasını icra edəcək;
• Startup-ların mentorluq və təlim sessiayalarında iştirak edəcək və onlardan cari vəziyyətləri ilə bağlı hesabatları əldə edəcək;
• Təqdimat günlərinin təşkil edilməsində və hədəf kütləsinə çatdırılması və təqdimatında birbaşa iştirak edəcək;
• Təqdimat günlərindən sonra Startup-lara maraq göstərən potensial İnvestorlar ilə onların görüşlərinin təşkil edilməsindən və koordinasiyasından cavabdeh olacaq;
• İnvestorların tələbləri ilə bağlı Startup-ların üzərinə düşən işin icra prosesini izləyəcək;
• Startup-ların layihələrində tətbiq etməli olduqları bütün işlərin icra statusları ilə bağlı İnnovasiya Mərkəzinin rəhbərliyinə mütəmadi olaraq hesabatlar verəcəkdir.

Tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – sərbəst, Rus dili arzuediləndir;
• İnnovativ yanaşma və araşdırma bacarıqlarına sahib olan entuziast, dinamik, məsuliyyətli, təşəbbüs göstərməyi və qərar verməyi bacaran, yüksək ünsiyyət bacarıqlarına sahib olması vacibdir;
• Startup-lar ilə iş təcrübəsinin olması vacibdir;
• Bank, Fintech sahəsində təcrübə arzuolunandır;
• Proqramlaşdırma layihələri ilə iş təcrübəsinin olması arzuolunandır;
• Agile Scrum metodologiyası üzrə layihə idarə etməsində təcrübəsinin və ya ən azından biliklərinin olması arzuolunandır;

Namizədlərdən CV-lərini “Biznesin inkişafı üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər