Bakı
16.11.2023
Tələb olunan bilik və bacarıqlar:
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -yaxşı; ingilis dili– yaxşı;
- Texniki və istifadəçi sənədlərinin yaradılması üzrə biliklər.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- IT və Proqramlaşdırma ixtisasları üzrə ali təhsil;
- 1C proqramlaşdırma, texniki dəstək, proqram inzibatçılığı sahəsində minimum 2 il iş təcrübəsi;
- Sərbəst araşdırma qabiliyyəti, alqoritmik düşünmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Problem həlletmə, detallara diqqət yetirmə; işə sistemli yanaşma;
- Mühasibat uçotu anlayışlarını güclü şəkildə başa düşmək;
- 1C 8.3 platforması və idarə olunan formalarla təcrübə;
- 1C arxitektura anlayışı: registrlərin strukturu; indekslər; registrin virtual və fiziki cədvəlləri;
- SQL biliyi və 1C-DBMS qarşılıqlı əlaqəsini başa düşmək;
- Data kompozisiya sxemi (СКД) hesabatları ilə təcrübə;
- Veb-müştəri inkişafı: müştəri-server arxitekturasını dərindən başa düşmək; optimallaşdırma üsulları;
- Veb xidmətləri və HTTP xidmətləri ilə təcrübə;
- Elektron sənəd dövriyyəsi ilə bağlı biliklər.
Vəzifə öhdəlikləri:
- 1C üzrə məlumat bazasının idarə edilməsi – Təkmilləşdirmələrin, yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət;
- 1C üzrə konfiqurasiyasının idarəedilməsi – Konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək, yeni konfiqurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq;
- 1C üzrə proqramlaşdırma layihələrinin icrası – Biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün texniki həllərin hazırlanması, proqram kodlaşdırmalarına nəzarət edilməsi, praktik istifadədə biznes proseslelərə və hesabatlığa uyğun olmasının təhlili, düzgün işləmədikdə kodda dəyişikliklərin edilməsi;
- 1C üzrə texniki dəstək – 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (ERP 1C Developer) qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | İT, Sığorta |