Bakı
12.11.2020
“Kredit Evi” QSC Sumqayıt filialı üçün “Filial Müdiri” vakansiyası elan edir.
Müdir üçün Tələblər :
- Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
- Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Daxili motivasiya və prinsipiallıq;
- Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
- Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
- Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
- Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.
Vəzifə və öhdəlikləri:
- Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
- Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
- Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
- Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
- Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmaq;
- Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasına və sağlamlaşdırılmasına nəzarət etmək;
- Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflərin verilməsi;
- Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
- Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək
Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqayıt – Müdir). Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Filial müdiri |