8 C
Baku
Friday, March 29, 2024

Filialların hüquqi təminatı şöbəsinin müdiri – Unibank

0
Filialların hüquqi təminatı şöbəsinin müdiri – Unibank
Bakı
28.10.2021
Öhdəliklər
  • Şöbənin işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;
  • Şöbənin icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları Şöbənin əməkdaşları arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını təmin etmək;
  • Bankın fəaliyyətində qanunvericiliyə riayət olunmasını təmin etmək, qanunvericiliyin tətbiqi məsələlərinə dair hüquqi rəy vermək, habelə Bankın fəaliyyətinin hüquqi təminatını təkmilləşdirmək istiqamətində əsaslı təkliflər irəli sürmək;
  • Yeni bank məhsullarının (xidmətlərini) yaradılması üzrə hüquqi məsələlərin tənzimlənməsi,  hüquqi rəylərin verilməsi;
  • Bankın digər banklarla və maliyyə institutları ilə münasibətlərinin həyata keçirilməsində iştirak etmək və hüquqi tənzimlənməsini təmin etmək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
Tələblər
  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook),  İnternetdə işləmə bacarığı);
  • Azərbaycan və ingilis dilləri üzrə sərbəst bilik. Rus dili bilənlərə üstünlük verilir.
  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • Təşəbbüskarlıq, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı
  • Rəhbər vəzifədə 3 il  və daha artıq iş təcrübəsi.Bank sahəsində təcrübəyə üstünlük verilir.

Müraciət etmək üçün CV-nizi [email protected] e-mail ünvanına mövzu hissəsində “Filialların hüquqi təminatı şöbəsinin müdiri ” qeyd edərək göndərə bilərsiniz

Son müraciət tarixi: 31.10.2021

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi