27 C
Baku
Saturday, June 1, 2024

Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi – Xalq Bank

0
Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi – Xalq Bank
Bakı
13.05.2020

Vəzifə: Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank təcrübəsi olanlara üstünlük verilə bilər;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
• Ünsiyyətcil və təşəbbüskar olmaq;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri

İŞİN TƏSVİRİ:

• Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən ipoteka kreditləri üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
• Sahibkarlığa kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin kreditləşməsi üzrə filialların kredit bölmələri əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
• Bankın daxili ipoteka proqramları, biznes kreditləri üzrə Filialların Kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
• Kreditin verilməsinə dair qərar qəbul edilməsi, filialların limit səlahiyyətləri xaricində olan və dövlət fondları tərəfindən maliyyələşdirilən kredit sifarişlərinə baxılması,
• Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
• Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması.

QEYD:

Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi