8 C
Baku
Thursday, December 12, 2024

Girovların İdarə Edilməsi üzrə Mütəxəssis – PAŞA Bank

0
Girovların İdarə Edilməsi üzrə Mütəxəssis – PAŞA Bank
Bakı
15.11.2021
Vakansiya haqqında məlumat:

 

“PAŞA Bank” ASC olaraq Girovların İdarə Edilməsi üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• Qiymətləndirmənin vaxtında aparılması və kənar qiymətləndirmə hesabatlarına vaxtında baxılaraq rəy verilməsi;
• Girovların müntəzəm monitorinqinin aparılması və girovların sığorta statusuna nəzarət;
• Müştərilərə qoyulan şərtlərin yerinə yetirilməsinə nəzarət;
• Müstəqil qiymətləndirmə aparan şirkətlərin hesabatlarına rəy verilməsi;
• Girovların sığortasına və girovlarla bağlı bütün məsələlərə nəzarət;
• Kənar qiymətləndirmə aparan şirkətlərin idarə edilməsi;
• Girov barədə məlumatların və qiymətləndirmə nəticələrinin vahid məlumat bazasına daxil edilməsində təşəbbüsün göstərilməsi;
• Əmlak bazarının təhlil edilməsi;
• Bankın risk siyasətinə əsasən girovların qiymətləndirilməsi, monitorinq prosedur və proseslərin təkmilləşdirilməsi;
• Girovların monitorinq prosedurlarının müəyyənləşdirilməsi və həyata keçirildikdən sonra nəzarət edilməsi.

Sizdən nə tələb olunur?

• Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
• Lisenziya/ Sertifikat: Aktivlərin qiymətləndirilməsi üzrə sertifikat
• Xarici dil: İngilis dili
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul biliyi: Avadanlıq, daşınmaz əmlak, tikinti, əmlak bazarı barədə texniki biliklər
• Digər:
Güclü ünsiyyət və konflikt həll etmək bacarığı
İnnovativ düşünmə qabiliyyəti
Bazar biliyi

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Girovların İdarə Edilməsi üzrə Mütəxəssis” və ya “Collateral Management Specialist” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixii 19.11.2021.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi