AFB Bank Hesabatlıq və təhlil Strukturuna Baş mütəxəssis/Aparıcı mütəxəssis/mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis/Aparıcı mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Mərkəzi Bankın normativ aktları haqqında nəzəri biliklər;
• Nəzarət orqanlarının hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması;
• Excel-i yüksək dərəcədə bilmək (proqramlama dillərində biliklər üstünlük hesab olunur)
• Maliyyə Hesabatlarının Təhlili üzrə bilikər;
İŞİN TƏSVİRİ:
• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması (toplanması), emalı, icmallaşdırılması və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;
• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;
• Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərin aparılması;
• Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflərin hazırlanması;
• Nəzarət orqanlarına, Vergilər Nazirliyinə və digər orqanlara təqdim olunan hesabatların hazırlanıb göndərilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət edilən vəzifəyə uyğun olaraq “Hesabatlıq və təhlil strukturu üzrə baş mütəxəssis/aparıcı mütəxəssis/mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |