“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə “Korporativ idarəetmə və müqavilələr şöbəsinə baş hüquqşünas” vakansiyası üzrə işçi axtarılır.
Tələb olunan bilik və bacarıqlar :
• Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
• Bütün struktur bölmələrə, o cümlədən törəmə müəssisələrinə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy vermək;
• Cəmiyyət daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
• Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prosesdə iştirak etmək;
• Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
Namizədə tələblər:
• Hüquq üzrə ali təhsil;
• Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
• Yaş məhdudiyyəti: 25 yaş – 40 yaş.
Şərtlər:
• Həftənin 5 günü, 9:00-18:00 həftədə 2 gün istirahət;
• Əmək haqqı 1500 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ idarəetmə və müqavilələr şöbəsinə baş hüquqşünas” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |