15 C
Baku
Saturday, April 27, 2024

IBM Integration Bus Developer – Unibank

0
IBM Integration Bus Developer – Unibank
Bakı
20.10.2021

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

IBM Integration Bus üzrə proqramçı – IBM Integration Bus Developer

Öhdəliklər:

• IBM Integration Bus (IBM App Connect) texnologiyası əsasında biznes həllərin inkişafı, dizaynı və tətbiqini təmin etmək;
• Biznes strukturlarla və Digital Bankinglə danışıqlar apararaq biznes ehtiyaclarını öyrənmək;
• Mövcud layihələrə texniki dəstəyin göstərilməsi;
• Yeni layihələrə uyğun proqramların yaradılmasında iştirak etmək.

Namizədə tələblər:

• Kompüter elmləri, kompyuter mühəndisliyi və ya uyğun sahədə Bakalavr təhsili;
• Java proqramlaşdırma dili ilə iş təcrübəsi, SOAP, REST-based architecture, multithreading sahəsində anlayışlar olmalı;
• Baza alqoritmlər və verilənlərin strukturu ilə bağlı biliklər;
• SQL ilə iş təcrübəsi olmalıdır.
• IBM Integration BUS, IBM MQ və ESQL əsasında inteqrasiya həlləri sahəsində biliklər üstünlükdür.
• XML, JSON и SOAP sxem və modelləri haqda anlayışlı olmaq üstünlükdür.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək vakansiyaya müraciət edə bilər.

https://glorri.com/az/unibank/616e9926b059b126f7050925-IBM%20Integration%20Bus%20%C3%BCzr%C9%99%20proqram%C3%A7%C4%B1%20-%20IBM%20Integration%20Bus%20Developer/apply

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi