18 C
Baku
Tuesday, April 23, 2024

İctimaiyyətlə əlaqələr sektorunun Baş mütəxəssisi – Azerbaijan Energy Regulatory Agency

0
İctimaiyyətlə əlaqələr sektorunun Baş mütəxəssisi – Azerbaijan Energy Regulatory Agency
Bakı
18.05.2021

Enerji Məsələlərini Tənzimləmə Agentliyi – İctimaiyyətlə əlaqələr sektorunun Baş mütəxəssisi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

– İclaslar, vebinarlar, konfranslar və s. də daxil olmaqla tədbirlərə dair press-relizlərin ilkin variantının hazırlanması və mətnlərin redaktə edilməsi;
– Broşürlər və digər nəşrlər üçün kontentlərin yazılması və mətnlərin redaktə edilməsi;
– Sosial media hesablarının idarə olunması və orada Agentliyin fəaliyyətinə, enerji sahəsinə aid mətnlərin yazılması və paylaşılması;
– Şöbələrarası effektiv kommunikasiya və iş birlyinin qurulması, rüblük daxili xəbər bülleteni üçün məlumatların vaxtında toplanması və bülleten şəklində ilkin variantının hazırlanması;
– Mütəmadi olaraq mətbuatın monitorinqinin aparılması və aylıq hesabatların hazırlanması;
– Enerji tənzimləmə sahəsində araşdırmaların aparılması, məlumatların sistemli şəkildə toplanması;
– Vebsayt üçün kontentin Azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi;
– Bütün kommunikasiya materiallarının vahid korporativ kommunikasiya qaydalarına uyğun olmasını təmin edilməsi, əməkdaşlar arasında brend məlumatlılığını artırılması, təqdimatlar edilməsi;
– Agentliyin PR fəaliyyətinə dair sektor müdiri tərəfindən verilmiş təlimatlar və tapşırıqların icrası.

TƏLƏBLƏR:

• Ali təhsil (Jurnalistika, filologiya, marketinq, biznesin idarə edilməsi);
• Yaş həddi 27-40 aralığı;
• İxtisası üzrə azı 3 il iş stajı;
• Microsoft Office və dizayn proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır;
• Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
• Səlis və aydın nitqə sahib olmalı, fikrini düzgün ifadə etməyi bacarmalı;
• Analitik təhlil və proqnozlaşdırma, reklam və PR sahəsində ilkin bilirlərə sahib olmalı;
• Sosial şəbəkələr haqqında geniş məlumatlı olmalı, iş prinsiplərini bilməli.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 27 may 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (PR – baş mütəxəssis) qeyd edin.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər