6 C
Baku
Sunday, December 15, 2024

İnsan kapitalının idarə olunması üzrə mütəxəssis/baş mütəxəssis – PASHA Technology

0
İnsan kapitalının idarə olunması üzrə mütəxəssis/baş mütəxəssis – PASHA Technology
Bakı
19.06.2023

  Əsas öhdəliklər:

  • Müvafiq prosedurların və əsasnamələrin hazırlanması və icrasına nəzarət etmək;
  • Vakansiyaların bağlanmasına məsul olmaq;
  • Müsahibələrin təşkil etmək, namizədlərə geribildirimləri düzgün qaydada vermək;
  • İşə qəbul prosesinə nəzarət etmək və əməkdaşı ilk iş günü müvafiq prosedur və qaydalarla tanış etmək;
  • İSO standartlarının həyata keçirilməsi istiqamətində köməklik göstərmək;
  • İnsan Kapitalı istiqamətində əməliyyatlar sisteminə dəstək- əmək müqavilələrinin, vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi, elektron hökumət portalına müvafiq məlumatların daxil edilməsi,
  • “Onboarding” prosesinin həyata kemirilməsi və mövcud yeniliklərin tətbiq edilməsi;
  • Ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələrin düzgün rəsmiləşdirilməsi və əməkhaqqının hesablanması zamanı nəzərə alınması üçün daxili əməliyyat sisteminə düzgün işlənməsi;
  • Məzuniyyətin hesablanması, növbəli iş rejiminin düzgün hesablanmasına nəzarət etmək;
  • Növbəli iş rejimi üzrə qrafiklərin qanunvericiliyə uyğun olaraq tərtib edilməsi;
  • Daxili Kommunikasiya kanalları vasitəsilə şirkətdaxili kommunikasiyanın həyata keçirilməsi;
  • Müvafiq hesabatların hazırlanması , şəxsi işlərin qaydada saxlanması;
  • Əmək haqqının hesablanmasında dəstək olmaq;
  • Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Tələb olunan bilik , bacarıqlar və təcrübə:

  • Ali təhsil dərəcəsi-Psixologiya, Maliyyə menecment, İnsan resursları sahəsində ali təhsilə üstünlük verilir;
  • Dil bilikləri-İngilis dili – Yaxşı, Azərbaycan dili – Ana dili, Rus dili biliyi- Yaxşı;
  • AR Əmək Məcəlləsini əla səviyyədə bilmək;
  • İR sahəsində 5 il təcrübə;
  • Kadr kargüzarlığı istiqamətində təcrübə;
  • Daxili korporativ kommunikasiya sahəsində təcrübə və daxili kommunikasiya kanalları ilə işləmək bacarığı;
  • Əmək haqqının hesablanması istiqamətində təcrübə;
  • Elektron hökumət portalı ilə işləmək bacarığı;
  • 1C proqramında işləmək bacarığı;
  • “Microsoft Office” proqramlarından istifadə bacarıqları; Excell proqramında işləmək bacarığı mütləqdir;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi;

Son müraciət tarixi:  23 iyun 2023-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər