15 C
Baku
Saturday, April 20, 2024

İri müştərilərlə iş üzrə menecer – Holcim Azerbaijan OJSC

0
İri müştərilərlə iş üzrə menecer – Holcim	Azerbaijan OJSC
16.04.2019

Holcim (Azərbaycan)ASC-də iş imkanı


90 ölkədə 110.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupu, dünyada sement, Hazır Beton Məhsulları və  aqreqatlar istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.

Vəzifənin təfərrüatı

Vəzifə:    İri müştərilərlə iş üzrə menecer
Şöbə:      Maliyyə
İş vaxtı:   Tam iş vaxtı

Əsas öhdəlikləri və vəzifələri:

● Bazar payı, satış həcmi və qiymətlər səviyyəsində iş planının hazırlanması və idarə olunması. İNKİŞAF üçün bazar imkanlarının müəyyənləşdirilməsi;
● Strateji müştərilərin planlarını izləmək və şirkət strategiyasında məqsədlərə nail olmaq üçün səylər göstərmək (satılan həcm, qiymətlər, xalis satışlar və s.).
● Bazarda şirkətin imicini təbliğ etmək və gücləndirmək üçün müsbət müştəri əlaqələrini təmin etmək, qorumaq və inkişaf etdirmək;
● Satışa dair əsas parametrlərin (bazar payı, həcmi, qiymətləri və borcları) büdcəyə uyğunluğuna nəzarət etmək;
● Müştəri portfelinin inkişafına nəzarət etmək;
● Rəqabət və idxal fəaliyyətlərinin monitorinqi və hesabatlarını təqdim etmək, şirkətin qərarı və strategiyalarına uyğun olaraq izləmək;
● Satış prosesinin təkmilləşdirilməsi üçün əsas sahələri müəyyənləşdirmək;
● Əməliyyatları genişləndirmək üçün siyasət və prosedurları tövsiyə etmək, həyata keçirmək və idarə etmək;
● Sorğularda iştirak etmək, tədqiqatlara, araşdırmalara cavab vermək və şöbə tərəfindən işlənilən mövzularla bağlı problemləri həll etmək; gündəmdə olan administrativ məsələlərin həlində iştirak etmək;
● Logistika departamenti ilə koordinasiyada birbaşa paylanmanı həyata keçirmək; şirkətin maraqlarının satış müddətində qorunmasnı izləmək;
● Strateji müştərilər və böyük layihələrlə bağlı yeni iş imkanları axtarmaq;
● Tövsiyələr, təşəbbüslər, tətbiqlər və nəticə verməkdə fəal və yaradıcı olmaq;
● Müştəri məmnuniyyətini yaratmaq və saxlanmasını təmin etmək;
● Strateji düşünmək və rəhbərliyin razılığı ilə gələcək yönümlü qərarlar qəbul etmək;
● Şirkətin ƏMTT qaydalarını bilmək və bütün işlərini bu qaydalara uyğun şəkildə təşkil etməklə özünün və ətrafındakılarının təhlükəsizliyindən əmin olmaq.

Tələb olunan keyfiyyətlər:

● Tikinti və tikinti materialları, İqtisadiyyat və Biznesin İdarəolunması sahəsində Ali təhsil;
● Satış, idarəçilik, əsas müştərilərin idarəolunması və ya digər müvafiq sahələrdə 3-4 il iş təcrübəsi;
● İngilis, Azərbaycan və Rus dillərində mükəmməl şifahi və yazılı biliklər;
● Müştərilərin ehtiyaclarını görə bilmək və onların təcrübi olaraq həyata keçməsinə nail olmaq;
● Yüksək inkişaf etmiş sosial, insanlarla ünsiyyət yaratmaq qabiliyyəti;
● Vaxt intizamı və təzyiq altında işləmək bacarığı;
● Təkliflər yazmaq, layihəyə rəhbərlik etmək və analitik bacarığa malik olmaq;
● Müştərilərə yüksək səviyyədə təklifləri irəli sürmək bacarığı;
● Aydın şəkildə qoyulmuş satış hədəflərinin həyata keçirilməsi istiqamətində sərbəst işləmək bacarığı;
● Danışıqlar aparmaq və problemləri həll etmək qabiliyyəti;
● Təşəbbüskarlıq, komanda yönümlülük və şirkətə sadiqlik.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “KAM” yazmaqla [email protected] ünvanında yerləşdirə bilərlər. Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 30 aprel, 2019

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər