15 C
Baku
Friday, March 29, 2024

İstehlakçılarla iş departamenti \ Maliyyə savadlılığı şöbəsi \ Mütəxəssis – Azərbaycan Mərkəzi Bankı

0
Bakı
17.03.2021

Vakansiyanın adı: İstehlakçılarla iş departamenti \ Maliyyə savadlılığı şöbəsi \ Mütəxəssis

Təhsil

Menecment – Bakalavr və ya magistr

İqtisadiyyat – Bakalavr və ya magistr

Maliyyə – Bakalavr və ya magistr

 

Xüsusi biliklər

Maarifləndirmə, təlim və seminarların təşkili üzrə biliklər – Yaxşı səviyyədə

İqtisadiyyat və bank-maliyyə sektoru üzrə ümumi biliklər – Yaxşı səviyyədə

Layihələrin idarə olunması üzrə biliklər – Yaxşı səviyyədə

Təcrübə

İqtisadiyyat, bank-maliyyə sektorunda təhsil və müxtəlif layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi – 2 ilədək

Dil bacarığı

Azərbaycan dili – Əla səviyyədə

İngilis dili – Yaxşı səviyyədə

Rus dili – Yaxşı səviyyədə

Kompüter bacarığı

MS Office proqramları – Yaxşı səviyyədə

Əlavə bilik və bacarıqlar

Analitik düşüncə

Komandada işləmək və təşkilatçılıq bacarığı

Təqdimat bacarığı

Yazılı və şifahi kommunikasiya

Test mövzuları

Tədrisin təşkili

Ümumi iqtisadiyyat və bankçılıq

İdarəetmə

İngilis dili

Riyaziyyat

Məntiq

Ümumi kompüter bilikləri

Vəzifə öhdəlikləri

Elektron resursların məzmununun inkişaf etdirilməsində iştirak edir və bu resursların təbliğat-təşviqat işini təşkil edir;

Elektron resurslar üzrə işlərin koordinasiya prosesində iştirak edir, hesabatların hazırlanmasına dəstək göstərir;

Müxtəlif hədəf qruplarına (media nümayəndələri, geniş əhali, uşaqlar, yaşlılar, tələbələr və s.) yönəlmiş ictimai-maarifləndirici tədbirlərin təşkilində iştirak edir;

Müxtəlif hədəf qruplarına yönəlmiş maarifləndirici vasitələrin və intellektual resursların (bukletlər, bröşürlər, təlimatlar və elektron resurslar və s.) hazırlanmasında iştirak edir;

Dəyirmi masa, konfrans, müsabiqə və təqdimatları təşkil edir;

Maliyyə və iqtisadi mövzular üzrə hədəf qruplarının ehtiyaclarının öyrənilməsində və qiymətləndirilməsində iştirak edir;

Maliyyə savadlılığı üzrə təlim, seminar və s. tədbirlərin təşkilində iştirak edir;

Uzun və ya qısamüddətli təlim-tədris proqramlarının hazırlanmasında iştirak edir;

Şöbənin fəaliyyəti ilə bağlı sorğulara cavab hazırlayır.

Müraciət etmək üçün link: https://www.cbar.az/hr/f?p=100:101:4578391329731:::::

 

 

 

 

 

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi