Vəzifə adı: İT – Biznes Analitiki Sistem Analitiki Layihə mütəxəssisi
Biz təklif edirik :
• Əmək haqqı : Namizədin biliyi və iş təcrübəsi yoxlanılaraq razılaşma yolu ilə təyin olunur
• İş səraiti: Ofis daxili.
• Sınaq müddəti: 3 ay
• Güclü , gənc və mehriban komandada(İT Dep.) çalışmaq.
• Nahar yeməyi: Şirkət tərəfindən verilir.
• İş rejimi: Həftənin 5 günü tam, 6-cı gün aylıq növbəli iş.
• Tibbi sığorta: Var
Təhsil və dil bilik tələbləri:
• Ali təhsil (texniki sahə üzrə olması arzu olunandır) ;
• Dil bilikləri :
– Azərbaycan dili – Səlis danışıq, oxuma və yazmaq
– İngilis dili – Sərbəst(B2) danışıq, oxuma və yazma.
– Rus dili – Sərbəst(B2) danışıq, oxuma və yazma.
Namizəddən gözlənilən bacarıqlar :
• Müştərilər ilə komunikasiyanın qurulması bacarığı
• Mühüm gorüşlərin protokollarının aparılması və verilmiş tapşırıqların qeyd olunması
• Biznes dilindən yazılmış sənədlərin texniki dilə və əksinə olaraq cevirməktərcümə etmək bacarığı
• Məhsul (yeni və ya dəyişikliklər) üzrə təqdim etmə bacarığı
• Effektiv dinləmə, müsahibə və sorğulama, öyrənmə, analitik və sistematik düşüncə, modelləmə , eskizləmə və təşkilatçılıq bacarıqları
• Müştəri ilə proqramçılar arasındakı tələb axınından layihənin digər tərəfləri(test,UİUX dizayn və s.) arasında baş verən çoxtərəfli mürəkkəb məlumat mübadiləsinin və əməkdaşlığın əlaqələndirilməsi bacarığı
• Proqram təminatının inkişafı və inteqrasiya həlləri üzrə texniki tələblərin tərtib edilməsi bacarığı
• Proqramlaşdırma proseslərinin prinsiplərini başa düşmək bacarığı
• Proqram təminatı məhsullarında edilən texniki test nəticələrinin və dəyişikliklərin sənədləşdirilməsi
• Komanda şəklində işləmə bacarığı
• Yeni fikirlərə çevik və açıq olan komanda oyunçusu olmaq bacarığı
• SQL sorğuların tərtibi və REST APİ proektləşdirmə üzrə bacarıqları olanlara üstünlük veriləcəkdir
• Layihə idarəedilməsi sahəsindən bacarıqları olanlara üstünlük veriləcəkdir
Namizəddən gözlənilən iş təcrübəsi :
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Ödəmə sistemləri və proqram təminatı yazılması üzrə layihələrdə iş təcrübəsinin olması
• Agile SCRUM və ya başqa bu kimi metodikalarla iş təcrübəsinin olması
• Funksional tələblər və biznes proseslərin məntiq modelinin layihələndirilməsinin təsvir edilməsi bacarığının olması
• Task menecement platformaları ilə iş təcrübəsinin olması (Jira, Confluence, ServiceDesk – kimi)
Şəxsi keyfiyyətləri:
• Məsuliyyətli, təşəbbüskarlı və kommunikativ.
Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] adlı email ünvanına göndərəsiniz.
Göndərilən CV lərdə mövzu adı yerində “İT Sistem Analitiki “ yazılmalıdır.
İşin aid olduğu sahə
Kateqoriya | İT |