15 C
Baku
Thursday, March 28, 2024

Kiçik əməliyyatçı-xəzinədar (Bakı/İmişli) – Azersun Holding

0
Kiçik əməliyyatçı-xəzinədar (Bakı/İmişli) – Azersun Holding
Bakı, İmişli
04.06.2021

Kiçik əməliyyatçı-xəzinədar (Bakı/İmişli)

Namizədə aid tələblər:

• Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
• Microsoft Office proqramlarını bilməli;
• Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
• Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
• Analitik problem həlletmə bacarığı olmalı.

İş haqqında məlumat:

• ATM (Exchange və sairə) terminalların inkassasiyasını həyata keçirmək, aktlaşdırmaq, terminal yerləşdirilmiş və çıxarılmış nağd pul vəsaitlərini müvafiq balans hesabları ilə müqayisə etmək, doğru və düzgün müxabirləşmələri sistemə daxil etmək;
• Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
• Əməliyyat gününün sonunda özü tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
• Filialın kassasına daxil olan(inkassasiya və sairə) və göndərilən iri məbləğli nağd pulların sayılması, çeşidlənməsi və sairə işlərdə digər əmədaşlara dəstək vermək;
• Göstərilmiş xidmətlərə görə faizləri və komissiyaları təyinatı üzrə tutmaq (sistemdə onaylamaq və ya giriş etmək);
• Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
• Müştərilərin bank hesabları üzrə(hesab olmadan aparılan əməliyyatlar daxil) nağd və qeyri-nağd mədaxil və məxaric əməliyyatlarını aparmaq;
• Kommunal ödəniş sistemləri vasitəsi ilə müştərilərin su, qaz, işıq, telefon, cərimə, rüsum və s. ödənişlərini qəbul etmək və ya müştəri hesabından ödəmək
• Müştərilərə bank məhsulu və xidmətləri haqqında məlumat vermək, çarpaz satış etmək və müştəri məmnuniyyətini ön planda tutacaq şəkildə aparmaq, müştəri şikayətinin zamanında həll edilməsi üçün lazımi tədbirlər görmək.

İş yeri: Azərbaycan Sənaye Bankı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına “Kiçik əməliyyatçı-xəzinədar (Bakı/İmişli) “ başlığı ilə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər