Bank “BTB” ASC Satışlar departamenti, Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi
İş barədə məlumat:
• Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
• Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
• Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
• Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması ;
• Bankın korporativ məhsul və xidmətlərinin təbliğat – təşviqat materiallarının strukturunun və mətninin hazırlanması;
• Bankın satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.
Namizədə tələblər:
Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
Ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
Azərbaycan, Rus və İngilis dilləri;
Ünsiyyətqurma bacarığı;
Satış bacarığı;
Analitik bacarıq;
Yaradıcılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Sentyabr , 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |