1 C
Baku
Saturday, December 14, 2024

Korporativ İdarəetmə üzrə menecer (Korporativ idarəetmə üzrə Müşavir) – LU-MUN Holding

0
Korporativ İdarəetmə üzrə menecer (Korporativ idarəetmə üzrə Müşavir) – LU-MUN Holding
11.02.2020

Korporativ İdarəetmə üzrə menecer (Korporativ idarəetmə üzrə Müşavir)

Bu rol, quşçuluq təsərrüfatı sahəsində biznesin düzgün idarəedilməsində əhəmiyyətli rol oynayan biznes proseslərin, siyasətlərin, korporativ prosedurların yaradılması və həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Rol eyni zamanda işçi qrupunun rəhbəri vəzifəsində də nəzərdə tutulmuşdur.

Vəzifə öhdəlikləri:

1. Müəssisənin təşkilati struktur üzrə hər bir şöbə üçün mövcud biznes prosedurların təkmilləşdirilməsi və yaradılması
2. Daxili Audit komandasının boşluqların aradan qaldırılması üçün verilən tövsiyyələri siyasət və proseduralar üzrə həyata keçirmək.
3. Biznes proseslərin həyata keçirilməsini nəzarət etmək;
4. Ali və İdarəetmə orqanlarının, o cümlədən digər iclasların (Komitə, İşçi qrup, Komissiya və s) təşkili
5. Direktorlar Şurasının iclaslarının planlasdırılması, protokollaşdırılması , verilən qərarların icrasına nəzarət
6. Direktorlar Şurasının üzvlərinin iclas barədə öncədən məlumatlandırılması
7. Daxili sənəd dövriyyəsinin optimallaşdırması.
8. Direktorlar Şurasının qərarlarının qanunvericiliyə uyğun olub-olmadığını yoxlamaq ;

Tələblər:

1. Ali təhsil (iqtisadiyyat və ya hüquq sahəsində),
2. Biznesin bütün sahələrindən ümumi anlayışı olmalı ( istehsalat, satış, satınalma, maliyyə və s.)
3. Ünsiyyət qurma bacarığı şifahi və yazılı
4. Dil bilikləri (Azərbaycan, İngilis dilinə üstünlük verilir)
5. Kompyuter bacarığı ( MS Office )
6. Təqdimat bacarığı ( Power Point)
7. Bu sahədə ən azı 3 il iş təcrübəsi və ya oxşar sahədə 5 il (kənd təsərrüfatı sahəsini bilənlərə üstünlük verilir)
8. Azərbaycanın Korporativ idarəetmə Standartlarını bilmək

Namizədlər öz CV-ni [email protected] ünvanına 28 fevral tarixinə qədər göndərə bilərlər. E-mailin “Mövzu” hissəsində “Korporativ İdarəetmə üzrə menecer (Korporativ idarəetmə üzrə Müşavir)” vəzifənin adını qeyd edilməsi zəruridir.

İşə qəbul prosesinin növbəti mərhələyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər