14 C
Baku
Saturday, April 27, 2024

Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis (Mərdəkan) – Yelo Bank

0
Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis (Mərdəkan) – Yelo Bank
Bakı
26.04.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Mərdəkan filialına kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Mərdəkan_kredit inzibatlaşdırılması_kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Mərdəkan filialı
Vəzifə: Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri

Vəzifə öhdəlikləri:

– Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edilməsi, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi;
– Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədlərin yoxlanılması və müqavilələrin hazırlanması;
– Kredit verilməsi ilə əlaqədar hesabların açılması;
– Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi;
– Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
– Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

– Ali təhsil;
– Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır;
– Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;
– Ofis avadanlığından (printer, skaner və s.) istifadəsi bacarığı.

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Yığım sığortasına qoşulma imkanı;

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi