7 C
Baku
Thursday, December 12, 2024

Kredit işçisi (24 şəhər üzrə) – “Kredit  Evi” MMC

0
Kredit işçisi (24 şəhər üzrə) – “Kredit  Evi” MMC
Kredit evi
02.05.2019

“Kredit  Evi”MMC – nin Bakı, Yevlax, Bərdə, Salyan, Ağdaş, Cəlilabad, Biləsuvar, Neftçala, Gəncə, Şirvan, Beyləqan, Lənkəran,  Ağcabədi, İmişli, Masallı, Şəmkir, Ağsu, İsmayıllı, Quba, Xaçmaz, Şabran, Şamaxı və Kürdəmir filialları üçün “Kredit işçisi” vakansiyası elan edir.

Kredit işçisi üçün tələblər

  • Yaş həddi: 21-30 yaş
  • Cins: fərq etməz
  • Təhsil: İqtisadiyyat yönümlü ali təhsil
  • İş təcrübəsi: Arzu olunandı
  • Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə,  Rus dili biliyi arzu olunandı
  • Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
  • Bacarıqlar: Analitik düşünmə qabiliyyəti,  təşəbbüskarlık qabiliyyəti, dəqiqlik, komanda da işləmə qabiliyyəti, yüksək ünsiyyət və  təqdim etmə qabiliyyəti olmalıdır.

İşin təsviri:

  • Aidiyyatı coğrafi ərazidə potensial müştəriləri cəlb etmək, kredit verilişini  həyata keçirilməsi üçün birbaşa təbliğat-təşviqat işləri də daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə potensial müştərilərlə görüşlər keçirmək, onları kredit verilməsi prosesinə cəlb etmək;
  • Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək. Geri ödənişlərin normal axınını təmin etmək;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.

   Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)  [email protected] elektron ünvanına göndərə bilərlər.

   Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Kredit işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

 

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi