-1 C
Baku
Sunday, December 15, 2024

Kreditor- Kontakt Home

0
Kreditor- Kontakt Home
17.04.2019

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Kreditor

Vəzifələr:

• Müştəriyə kredit məhsulları haqqda məlumatın verilməsi
• Kredit müraciətlərinin qəbulu və analizi
• Kredit portfelinə nəzarət və idarə etmək
• Müştəri hesablarının aparılmasına dair xidmətlər
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması

Tələblər:
 
•  Ali təhsil
•  Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
•  Riyazi hesablama aparmaq qabiliyyəti
•  Azərbaycan dilini səlis, rus dilini bilməsi arzu olunandır
•  Ünsiyyətcil, təşəbbüskar
•  Komandada işləmək bacarığı
•  Mükəmməl kommunikasiya qabiliyyəti
•  İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
•  İş təcrübəsi arzu olunandır

İş şəraiti:

– Əmək məcəlləsinə uyğun sənədləşmə
– İş qrafiki- İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV formasını mövzu yerində “Kreditor” yazaraq [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi