14 C
Baku
Wednesday, April 24, 2024

Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis – Ziraat Bank Azərbaycan

0
Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis – Ziraat Bank Azərbaycan
Bakı
10.11.2021

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi/maliyyə təhsili;
  • Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
  • Kollektivlə işləmə bacarığı;
  • Analitik problemləri təhlil və həll etmə qabiliyyəti;
  • Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənilməsi;
  • Türk və ingilis dili biliyi (rus dil biliyi müsbət qarşılanır);
  • Microsoft Excel (yüksək səviyyədə), SQL (üstünlük verilir) bilikləri.

Əsas vəzifələr: 

  • Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
  • Korporativ və pərakəndə bank məhsulları ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
  • Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
  • Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
  • Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün aidiyyəti struktur bölmələr ilə işləmək;
  • Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
  • Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili keçirilməsi;
  • Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
  • Məhsulun yaradılması proseslərini hazırlamaq və idarə etmək;
  • İnkişaf etdirilən məhsulun hüquqi  qanunlara, yerli və beynəlxalq qaydalara  uyğun olmasını təmin etmək;
  • Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
  • İnkişaf etdirilən məhsulun qiymətləndirilməsini və marketinqini həyata keçirmək;
  • Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;

Göstərilən tələblərə cavab verən namizədlər dekabr ayının 15-dək öz CV formalarını  təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların inkişafı və yaradılması” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.