Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Maliyyə və kredit /Bank
Vəzifə : Məlumat bazasının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər
· Yeni verilənlər bazasının yaradılması
· Əsas baza obyektlərini (table,cluster,sequence,packages, procedures vəs) idarə etmək
· OAS (weblogic,forms) program təminatının idarə olunması
· İstehsal qabiliyyətinin monitorinqi,optimallaşdırılması və tuninqi
· İstifadə olunan məlumat bazalarını və alətlərini yükləmək və ya cari versiyanı yeniləmək
· Programlar arasında baza resurslarının optimal bölgüsünü təşkil etmək
· Resuslardan daha çox istifadə edən prosesləri/obyektləri müəyyən edib optimallaşdırmaq
· Verilənlər bazasının ehtiyat sürətinin planlaşdırılmış qaydada çıxarılması
· Verilənlər bazasının ehtiyat bazadan bərpa edilmək
· Standby bazalarda məlumatın aktual vəziyyətdə saxlanmaq
· Məlumat bazalarında yaranan xətaları təsbit etmək,bu bildirişlərin avtomatık göndərilməsini təmin etmək.
Namizədin Profili
· Müvafiq sahə üzrə bakalavr təhsili
· iş təcrübəsi minimum 2 il
· Oracle Enterprise Manager,Oracle ASM, RAC,Data Gurad,Oracle Weblogic-Forms sahələrində və onları Linux ƏS ləri üzərində idarə edə biləcək qədər iş təcrübəsi və biliyi(Mongodb ,Postgresql və Clourdera hadoop cluster ilə tanışlığı üstünlükdür)
· Azərbaycan və rus dili bilikləri
· Komandada işləmə bacarığı
· Yeniliklərə açıq,daim üzərində çalışan
Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və vakansiyaya müraciət edə və ya mövzu hissəsində Məlumat bazasının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi qeyd edərək [email protected] mail ünvanına CV göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |